bölmədə 2336 material var

Tarix: 23/08/13 Bankların onlayn sistemlərinə hücumları “DDoS” kimi maskalayırlar

Ekspertlər deyirlər ki, onlayn-bankinq sistemlərinin hesablarından vəsaitlərin oğurlanmasına yönəldilmiş haker hücumlarının yeni strategiyasını aşkar ediblər.

Tarix: 22/08/13 Azərbaycanın dövlət orqanlarının saytları dağıdılmayıb

Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi dövlət orqanları saytlarının dağıdılması barədə mətbuatda yayılan məlumatları təkzib edib.

Tarix: 22/08/13 Azərbaycan Kiber Terrorizm üzrə BMT Təhlükəsizlik Şurasının simulyasiya sessiyasında iştirak edəcək

“Gənclərin qərar qəbulu və siyasətin həyata keçirilməsində iştirakı” üzrə birgə layihəyə əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) oktyabr ayında keçiriləcək ölkənin ilk Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransını təşkil edirlər.

Tarix: 21/08/13 İnternet vasitəsilə suvarma işləri aparıla bilər

Azərbaycanda yaradılan intellektual suvarma sistemi bir çox özəlliklərə malikdir. Bu sistem imkan verir ki, hətta əraziyə getmədən, internet vasitəsilə suvarma işləri həyata keçirilsin.

Tarix: 20/08/13 2013-cü ilin birinci yarısında “Android” platforması üçün mobil təhlükələrin sayı 180% artıb

Mobil viruslar sürətlə inkişaf edir və 2013-cü ilin birinci yarısında onların sayı 180% artıb. Almaniyanın “G Data” antivirus şirkətində işləyən ekspertlərin məlumatına görə, bu ilin ilk 6 ayı ərzində “Android” mobil əməliyyat sistemi üçün 519 mindən çox yeni zərərli proqram aşkar edilib.

Tarix: 20/08/13 Ruslar kiberdöyüşçülər yetişdirəcək

Rusiya Perspektivli Tədqiqatlar Fondunun rəhbəri Andrey Qriqorev ölkə Silahlı Qüvvələrinin tərkibində kibertəhdidlərlə mübarizə üçün ayrıca qoşun növünün yaradılmasını təsdiq edib.

Tarix: 19/08/13 “Facebook”un təhlükəsizlik sistemində səhv aşkar edilib

Fələstindən informasiya texnologiyaları sahəsində Xəlil ləqəbli ekspert deyib ki, sosial şəbəkənin yaradıcısının səhifəsindəki səhv digər insanlara hesabat dərc etməyə imkan verir.

Tarix: 17/08/13 Hakerlər ABŞ-ın Energetika Nazirliyinə kiberhücum həyata keçiriblər

Naməlum hakerlərin ABŞ Energetika Nazirliyinin verilənlər bazasına kiberhücumu sözügedən idarənin 14 min əməkdaşının şəxsi informasiyasının itkisi ilə nəticələnib

Tarix: 17/08/13 İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq tədbir keçiriləcək

Regional Rabitə Birliyinin (RRB) elektrorabitə üzrə komissiyasının, Regional Rabitə Birliyinin elektrorabitə operatorları şurasının 32/28-ci birgə iclası və qarşılıqlı fəaliyyətdə olan rabitə şəbəkələrinin informasiya təhlükəsizliyi üzrə İşçi qrupunun 19-cu iclası sentyabrın 12-13-də Voronej şəhərində keçiriləcək.

Tarix: 17/08/13 Azərbaycan radiotezlik spektrinin idarəedilməsi üzrə məsləhətləşmələrdə iştirak edəcək

Azərbaycan Regional Rabitə Birliyinin radiotezlik spektri və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə komissiyasının radiotezlik spektrinin idarəedilməsi üzrə işçi qrupunun üçüncü iclasında təmsil olunacaq.

Tarix: 16/08/13 “Bulud” anbarında yerləşən məlumatları şifrələməyə başlayıb

“Google Cloud Storage” xidməti hazırda istifadəçilərin bütün məlumatlarını avtomatik və ödənişsiz şifrələyir. İnternet nəhənginin “bulud” istiqamətli məhsulları üzrə meneceri Deyv Bartın sözlərinə görə, tətbiq edilmiş şifrlənmə prosesi istifadəçilər üçün tamamilə şəffafdır və xidmətin məhsuldarlığına təsir etmir.

Tarix: 16/08/13 “Washington Post” saytına müdaxilə edilib

Hakerlər “The Washington Post” qəzetinin saytına müdaxilə edərək istifadəçiləri “Suriya elektron ordusu”nun saytına yönləndirib.

Tarix: 16/08/13 ABŞ informasiya təhlükəsizliyi xidmətlərinə görə 6 milyard dollar xərcləyib

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (Department of Homeland Security) “Fasiləsiz diaqnostika və dövlət informasiya sistemlərinə hücumların qarşısının alınması proqramı”nda (Continuous Diagnostics and Mitigation, CDM) iştirak üçün 17 şirkət seçib

Tarix: 16/08/13 “Google”: “Gmail” poçt xidmətində məxfiliyin təmini üçün ən qabaqcıl həllərdən istifadə edilir”

“Google” korporasiyası "Gmail” xidməti ilə bağlı yayılmış məlumatların həqiqəti əks etdirməməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, şirkət istifadəçilərin fərdi məlumatlarına və təhlükəsizlik məsələlərinə çox ciddi yanaşır.

Tarix: 16/08/13 Hansı ölkə istifadəçiləri nternetdə daha çox virusa yoluxmaq riski ilə üzləşir?

2013-cü ilin ikinci rübündə virusla rastlaşan internet istifadəçilərinin payı üzrə ilk onluğu MDB ölkələri və Vyetnam təşkil edir. Bu barədə “Kasperski Laboratoriyası” şirkətinin məlumatında deyilir.








19 Mart 2024

18 03 2024