bölmədə 2336 material var

Tarix: 25/06/13 Cənubi Koreya prezidenti aparatının saytı haker hücumuna görə bloklanıb

Koreya Respublikası prezidenti katibliyinin veb-saytı bu gün haker hücumları nəticəsində əlçatmaz olub.

Tarix: 24/06/13 Tələbələrə kibercinayətlərə görə məsuliyyət məsələləri mövzusunda seminar keçirilib

Azərbaycan Universitetində “Kibercinayətkalığa qarşı mübarizənin hüquqi problemləri. Azərbaycan Respublikası Cinayət Məcəlləsində kibercinayətlərə görə məsuliyyət məsələləri” mövzusunda seminar keçirilib.

Tarix: 24/06/13 Son ildə fişinq “qurban”larının sayı 87% artıb

“Kasperski Laboratoriyası”nın məlumatına əsasən, son ildə fişinq hücumları ilə üzləşmiş internet istifadəçilərinin sayı 87% artaraq 37,3 milyon olub. Əksər hallarda Rusiya, ABŞ, Hindistan, Vyetnam və Böyük Britaniya vətəndaşları sözügedən kibertəhlükənin “qurban”ı olurlar.

Tarix: 21/06/13 Azərbaycan Avropa Şurasının keçirdiyi onlayn kampaniyaya qoşulur

Avropa Şurası tərəfindən 20 iyun-Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar olaraq “No Hate Speech” (Nifrət Nitqinə Yox) beynəlxalq kampaniyası çərçivəsində onlayn kampaniya təşkil olunur.

Tarix: 21/06/13 Braziliyada Azərbaycanın kibertəhlükəsizlik sahəsində əldə etdiyi nailiyyətlərdən danışılıb

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) əməkdaşları Braziliyaya səfər edib.

Tarix: 20/06/13 Koreya Xalq Demokratik Respublikasının kəşfiyyat orqanında minlərlə peşəkar haker işləyir

Koreya Xalq Demokratik Respublikasında Koreya Xalq Ordusunun baş qərargahının əsas kəşfiyyat məntəqəsi bölmələrində 3 min haker fəaliyyət göstərir.

Tarix: 20/06/13 “Microsoft” korporasiyası “Citadel” botnetinin işini bloklayıb

“Röyters” agentliyinin yaydığı məlumata əsasən, “Microsoft” korporasiyası bildirib ki, o, FTB ilə birgə “Citadel” adlı ən böyük botnetin işini bloklamağa müvəffəq olub.

Tarix: 19/06/13 Yeni “Mac” üçün “Kaspersky Internet Security” proqramı

“Kasperski Laboratoriyası” yeni “Mac” platforması üzərində yaradılmış kompüter sahibləri üçün “Kaspersky Internet Security” proqramını buraxıb.

Tarix: 19/06/13 Video müşahidə kameralarında boşluqlar aşkar edilib

Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Kreyq Xeffner video müşahidə sistemlərində əvvəllər naməlum olan boşluqların aşkar edilməsi haqqında bildirib.

Tarix: 19/06/13 Azərbaycan Elektron Təhlükəsizlik Mərkəzinin formalaşdırılması istiqamətində işlər gedir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi tam fəaliyyətə başlamaq üçün işçilərinin say tərkibinin təsdiqlənməsini gözləyir.

Tarix: 19/06/13 “Cybernet: İnformasiya texnologiyalarında müasir həllər və yeni tendensiyalar” adlı təqdimat keçirilib

“Cybernet” şirkətinin rebrendinqinə həsr olunmuş “Cybernet: İnformasiya texnologiyalarında müasir həllər və yeni tendensiyalar” adlı təqdimat mərasimi keçirilib.

Tarix: 14/06/13 Xarici səhmdarlar xüsusi xidmət orqanlarının işinə mane olur

“The Wall Street Journal” nəşri bildirib ki, “PRİSM” haqda məlumat ictimaiyyətə daha öncə açıqlana bilərdi və bunun səbəbi heç də ABŞ-ın Milli Təhlükəsizlik Agentliyində işləyən 500 min mülki əməkdaşlar deyil, əsas səbəbkar telekommunikasiya şirkətlərinin sərmayədarlarıdır.

Tarix: 13/06/13 “Google” İran tərəfindən haker hücumlarına məruz qalıb

“Google” şirkəti “Gmail” poçt sisteminin İrandan olan istifadəçilərinin bir neçə min poçt akkauntlarına yönəldilmiş hücumların qeydə alınması və qarşısının alınması haqda məlumat yayıb.

Tarix: 12/06/13 ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi məqsədyönlü şəkildə bütün dünya üzrə serverləri “sındırır”

Amerikanın “Foreign Policy” jurnalı ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinə istinadən bildirib ki, agentliyin nəzdində yüksək məxfiliyə malik olan kiberkəşfiyyat bölməsi mövcuddur və bu bölmə dünya üzrə serverləri “sındırır”.

Tarix: 12/06/13 Daha bir “Anonymous” iştirakçısı həbs edilib

“Associated Press” agentliyinin yaydığı məlumata əsasən, Ohayo ştatında “Anonymous” haker qrupunun daha bir iştirakçısı həbs edilib. O, məxfi informasiyaya, həmçinin ABŞ-ın bir sıra polis saytlarına müdaxilədə ittiham edilib.








19 Mart 2024

18 03 2024