bölmədə 2336 material var

Tarix: 30/05/13 Antivirus bazarında müsbət dinamika saxlanılır

2012-ci ilin yekununa görə, kompüter təhlükəsizliyinin təmini üçün qlobal proqram təminatı bazarında mədaxil 19,2 milyard ABŞ dolları olub ki, bu da ötən ilin göstəricisini 7.9% üstələyir.

Tarix: 30/05/13 Çin ABŞ-ın ən yeni silahları haqqında informasiyanı oğurlamaqda ittiham edilir

Çin ABŞ-ın ən yeni silahları haqqında informasiyanın oğurlanması ilə bağlı ona qarşı irəli sürülmüş ittihamları inkar edir.

Tarix: 29/05/13 Elektron Təhlükəsizlik Mərkəzi proqram təminatı və avadanlıq təchizatçıları ilə danışıqlara başlayıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyətə başlamağa hazırlaşır.

Tarix: 27/05/13 Avstraliyada daha bir “Anonymous” iştirakçısı həbs edilib

Avstraliya KİV-nin yaydığı məlumata əsasən, Qərbi Avstraliya polisi bu gün “Anonymous” qrupunun “Microsoft” və “Sony” şirkətlərinin serverlərinə hücumlarda təqsirləndirilən daha bir iştirakçısını həbs edib.

Tarix: 27/05/13 Şirkətlərin təxminən 60%-i öz şəbəkələrinə nəzarət etmirlər

Əksər şirkətlər korporativ şəbəkələrinin daxilində hansı proqram və qurğuların istifadə olunmasına yetərincə diqqət ayırmırlar. "Kasperski Laboratoriyası" və “B2B International” müstəqil şirkətinin ekspertləri birgə araşdırma zamanı belə nəticəyə gəliblər.

Tarix: 24/05/13 “Skype”-da virus yayılır

Rusiya və MDB-də “Skype” üzərindən yayılan kütləvi zərərli spam-göndərilmə aşkar edilib. 2013-cü il mayın 23-də “Skype” istifadəçiləri arasında troyan proqramının kütləvi yayılması başlanıb.

Tarix: 22/05/13 Hakerlər “Daily Telegraph” qəzetinin “Twitter”-akkauntunu “sındırıblar”

Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən Misir elektron ordusu nüfuzlu Britaniya qəzetlərindən biri olan “Daily Telegraph”-ın “Twitter”-akkauntunu “sındırıblar”.

Tarix: 21/05/13 Bakıda korporativ seqment üçün təhlükəsizlik texnologiyaları mövzusunda seminar keçirilib

Bakıda “R.I.S.K.” və “Headtechnology Azerbaijan” şirkətlərinin təşkilatçılığı ilə “Korporativ seqment üçün təhlükəsizlik texnologiyaları” mövzusunda seminar keçirilib.

Tarix: 20/05/13 Hakerlər 22 milyon istifadəçinin məlumatlarını oğurlayıblar

Yaponiyanın ən iri internet portalı “Yahoo Japan” ötən həftə haker hücumu nəticəsində 22 milyon istifadəçi loqini oğurlandığını bəyan edib.

Tarix: 20/05/13 “Trend Micro” yeni kibercasus əməliyyatının izlərini aşkar edib

“Trend Micro” antivirus proqramı, yüzdən çox müxtəlif dövlət nazirliklərində, texnoloji şirkətlərdə, tədqiqat təşkilatlarında və qeyri-hökumət təşkilatlarında kompüterlərin etibardan salınmasına yönəlmiş yeni kibercasus əməliyyatının izlərini aşkar etdiyini bəyan edib.

Tarix: 17/05/13 “İnformasiya təhlükəsizliyi problemləri” I Respublika elmi-praktiki konfransı öz işinə başlayıb

 “İnformasiya təhlükəsizliyi problemləri” I Respublika elmi-praktiki konfransı öz işinə başlayıb.

Tarix: 17/05/13 İtaliyada "Anonimus" haker qrupunun dörd iştirakçısı həbs edilib

İtaliya poçt polisi "Anonimus" haker qrupunun fəaliyyətinin araşdırılması zamanı sözügedən qrupun güman edilən üzvlərinin mənzillərində axtarış aparıb. Nəticədə dörd nəfər həbs edilib.

Tarix: 17/05/13 Kibertəhlükəsizlik Cenevrə Forumunun əsas müzakirə məsələlərindən biri olub

İsveçrənin Cenevrə şəhərində keçirilmiş Telekommunikasiya/İKT sahəsində 5-ci Ümumdünya Siyasi Forumunun gündəliyində kibertəhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılıb.

Tarix: 17/05/13 Azərbaycanda kiberhücumların qarşısının alınması üçün qüvvələr səfərbər olunmalıdır

Azərbaycanda kiberhücumların və qeyri-qanuni müdaxilələrin qarşısının alınması üçün bütün qüvvələr səfərbər olunmalıdır.

Tarix: 17/05/13 Beynəlxalq haker qrupunun üzvləri həbs edilib

London Kral Məhkəməsinin bu gün çıxartdığı hökmə əsasən, "Lulz Security” beynəlxalq haker qrupunun dörd üzvü dövlət qurumları və ictimai təşkilatların serverlərinə dəfələrlə hücum həyata keçirdiklərinə görə həbs ediliblər.








19 Mart 2024

18 03 2024