bölmədə 2336 material var

Tarix: 07/03/13 İspaniyada yeni Sənaye Kibertəhlükəsizlik Mərkəzi yaradılacaq

İspaniyada yeni Sənaye Kibertəhlükəsizlik Mərkəzinin (Centro de Ciberseguridad Industrial, CCI) açılışı planlaşdırılır. Onun əsas vəzifəsi kiberməkanda mühafizə vasitələrinin təkmilləşdirilməsi olacaq.

Tarix: 06/03/13 Azərbaycanda ilk dəfə veb-təhlükəsizlik mövzusunda müsabiqə keçiriləcək

İnformasiya texnologiyalarının sürətli inkişafı veb-təhlükəsizlik məsələsinin aktuallaşmasına səbəb olub. Məhz bu səbəb nəzərə alınaraq, Azərbaycanda ilk dəfə veb-təhlükəsizlik mövzusunda müsabiqə keçiriləcək.

Tarix: 06/03/13 Elmir Vəlizadə: Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi üzrə işlər əsasnamədəki kimi aparılır

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi üzrə işlər əsasnamədə nəzərə tutulan kimi aparılır. Bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Tarix: 06/03/13 “Google” şirkəti məxfi orqanlardan nə qədər məktub alır?

“Google” şirkəti istifadəçilər haqqında informasiyanın verilməsi tələbi daxil olan rəsmi məktubların sayını açıqlayıb. Federal Təhlükəsizlik Bürosu internet nəhənginə "milli təhlükəsizliyin təmini üçün məktublar" adlandırılan xüsusi mesaj göndərir.

Tarix: 06/03/13 Ölkə başçısı "Elektron Təhlükəsizlik Mərkəzi"nin yaradılması barədə Fərman imzalayıb

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Tarix: 05/03/13 Ən təhlükəsiz “Android” smartfonu təqdim edilib

“Motorola Solutions” şirkəti dünyanın ən təhlükəsiz “ağıllı” telefonunu təqdim edib. Aparat “RSA Conference 2013”-də nümayiş etdirilib. ABŞ-ın dövlət qurumları və xüsusi xidmət orqanları üçün nəzərdə tutulmuş cihazın qiyməti iki min dollar təşkil edir.

Tarix: 01/03/13 Hakerlər “Bank of America”nın əməkdaşları haqqında informasiyanı açıq girişdə yerləşdiriblər

“Anonymous” haker qrupu “Bank of America”nın yüksəkvəzifəli əməkdaşları haqqında informasiyanı açıq girişdə yerləşdiriblər. “ICTnews.az” elektron xəbər xidməti “rbc.ru” saytına istinadən bildirir ki, haker qrupu bununla yanaşı, 14 qiqabaytdan çox məlumat dərc edib:

Tarix: 26/02/13 “Apple”, “Google”, “Mozilla”dan olan təhlükəsizlik yeniləmələri yükləyin!

Dünyanın müxtəlif İT şirkətləri öz məhsullarının kritik boşluqlarını aradan qaldıran bir sıra yeniləmələr buraxıblar. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, buna görə də “US-CERT”-in (The US Computer Emergency Response Team) mütəxəssisləri “Apple”, “Google” və “Mozilla” üçün ən son yeniləmələri yükləməyi məsləhət bilir.

Tarix: 25/02/13 Hakerlər “Microsoft”la bacarmadı

“Microsoft” şirkətinin kompüterlərinə kiberhücum həyata keçirilib. Şirkətin rəsmi bloqunda dərc edilmiş məlumata əsasən, zərərli proqram təminatı az sayda kompüteri yoluxdurmağa müvəffəq olub. Hakerlərin istifadəçi məlumatlarını ələ keçirə bilmədiyi qeyd edilib.

Tarix: 22/02/13 ABŞ Dövlət Departamentinin satdı “sındırıldı”

“Anonymous” qrupu ABŞ Dövlət Departamentinin veb-saytını “sındırmasını” və verilənlər bazasını ələ keçirməsini iddia edir, həmin baza hazırda internetdə yerləşdirilib. “ICTnews.az” elektron xəbər xidməti “cert.az” saytına istinadən bildirir ki, həktivistlər tərəfindən yerləşdirilən məlumatlarda Dövlət Departamentinin konsul və işçi heyətinin adları və e-poçt

Tarix: 20/02/13 ABŞ-a edilən kiberhücumlarda Çin ordusu şübhəli bilinir

Kompüter sistemlərinin müdafiəsi ilə məşğul olan Amerikanın “Mandiant” şirkəti Çin ordusunu ABŞ-a qarşı kibercasusluqda ittiham edib. Mütəxəssislər bildirir ki, 2006-cı ildən etibarən Çin Xalq Respublikasının (ÇXR) Qurtuluş Ordusunun məxfi bölməsinin hakerləri onlarla Amerika KİV-i, dövlət idarəsi və özəl təşkilatlara qarşı hücum həyata keçirib.

Tarix: 20/02/13 Bakıda kibercinayətkarlıqla mübarizəyə həsr olunmuş tədbir keçirilib

Bakıda "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin (AHİM) təşəbbüsü və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (IRZ) maliyyə dəstəyi ilə "Kompüter cinayətkarlığı ilə mübarizədə Almaniya təcrübəsi" mövzusunda elmi-praktik seminar öz işinə başlayıb.

Tarix: 20/02/13 Hücumçu saytlar 600 faiz artıb

Tədqiqatçılar bildirir ki, bədniyyətli kod yayan hücum saytlarının sayı son bir ildə 600 faiz artmışdır. Təhlükəsizlik firması “WebSense” bildirir ki, bədniyyətlilər tərkibində avtomatik hücum kodları olan veb-saytlar yaratmağa çalışırlar.

Tarix: 19/02/13 Məmurlar internetdə anonimliyi ləğv etmək istəyirlər?

Rusiya Dövlət Duması internet və hostinq provayderlərin öhdəçiliyinə cinayət törətməkdə şübhəli bilinən istifadəçilərin şəxsiyyətinin açıqlanmasının da daxil edildiyi qanun hazırlayır. Faktiki olaraq söhbət Runetdə anonimliyin ləğv edilməsindən gedir.

Tarix: 18/02/13 Azərbaycan qanunvericiliyi kibercinayətkarlıq haqqında Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırılır

Azərbaycan qanunvericiliyi kibercinayətkarlıq haqqında Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırılır. Bu barədə jurnalistlərə "Azərbaycanda Hüquqi İslahatlar Mərkəzi" İctimai Birliyinin sədri, Vəkillər Kollegiyasının üzvü Anar Bağırov bildirib.








20 Aprel 2024

19 04 2024