bölmədə 2336 material var

Tarix: 18/02/13 “Kompüter cinayətkarlığı ilə mübarizədə Almaniya təcrübəsi” mövzusunda elmi-praktik seminar işə başlayıb

Bakıda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, Almaniya Federal Ədliyyə Nazirliyi Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) və “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin (AHİM) birgə təşkilatçılığı ilə “Kompüter cinayətkarlığı ilə mübarizədə Almaniya təcrübəsi” mövzusunda elmi-praktik seminar işə başlayıb.

Tarix: 18/02/13 2012-ci ildə tibb müəssisələrinə edilən haker hücumları xeyli azalıb

“Redspin Breach Report”un hesabatına əsasən, 2012-ci ildə tibb müəssisələrinin xəstələrinin məlumatlarının ələ keçirilməsi hadisələrinin sayı 77 faiz azalıb.

Tarix: 18/02/13 “Facebook”un serverlərinə haker hücumu həyata keçirilib

“Facebook” sosial şəbəkəsinin rəhbərliyi bildirib ki, cari ilin yanvarında şirkətin serverlərinə haker hücumu həyata keçirilib. “ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, istifadəçi məlumatlarının ələ keçirilməsi aşkar olunmayıb.

Tarix: 14/02/13 ABŞ-da "Haker xidmətlərinə görə" medal təsis edilib

Amerika hökuməti kiberməkanda fəaliyyət göstərən və ya pilotsuz aparatları idarə edən əsgərlərin xüsusi xidmətlərinə görə təltif ediləcəyi “Distinguished Warfare Medal” adlı ilk mükafatı təsis edib.

Tarix: 13/02/13 Barak Obama kibertəhlükəsizlik haqqında fərman imzalayıb

ABŞ prezidenti Barak Obama kibertəhlükəsizlik haqqında fərman imzalayıb. Sənədə əsasən, ABŞ-ın infrastruktur şirkətləri, xüsusilə enerji istehsalçıları, müdafiə şirkətləri və bank sektoru öz müəssisələrində artıq mövcud federal təhlükəsizlik standartları ilə yanaşı, kiberhücumlara qarşı öz normalarını təyin edə bilərlər.

Tarix: 13/02/13 Fransa və İsrail sənaye kibercasusluğunun əsas mənbələridir

Amerikanın xüsusi xidmət orqanlarının hesabatına əsasən, Fransa və İsrail sənaye kibercasusluğunun əsas mənbələrindən biridir. Bu barədə ABŞ-ın milli kəşfiyyat xidmətinin son hesabatlarından birinə istinadən “The Washington Post” qəzeti yazıb.

Tarix: 12/02/13 Türkiyədən gələn virus «Facebook» vasitəsilə yayılır – diqqətli olun!

Son günlər yeni bir virus yayılmağa başlayıb. Belə ki, «Google Chrome» istifadəçiləri brauzerin zərərverici uzantısının hücum dalğasına məruz qalıblar. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu da «Google Chrome Web Store»-nin rəsmi onlayn mağazasında yerləşdirilib.

Tarix: 12/02/13 “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə üzrə seminar keçirilir

Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA) və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə Tvinninq layihəsi çərçivəsində “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunun icrasında hüquq mühafizə orqanlarının rolu” mövzusunda

Tarix: 11/02/13 Ən pis antivirus proqramı hansıdır?

“Dennis Technology Labs” şirkəti səkkiz əsas antivirus proqramının işini müdafiə səviyyəsi və təyin etmə dəqiqliyi baxımından qiymətləndirib. “ICTnews.az” elektron xəbər xidməti “securitylab.ru” saytına istinadən bildirir ki, “Microsoft Security Essential” pulsuz antivirus proqramı növbəti dəfə ən pis antivirus proqramı adlandırılıb.

Tarix: 11/02/13 ABŞ-ın sabiq prezidentlərinin elektron poçtlarına icazəsiz giriş həyata keçirilib

“Houston Chronicle” qəzeti yazır ki, naməlum haker Buş ailəsinin bəzi üzvlərinin, həmçinin ABŞ-ın iki sabiq prezidentinin elektron poçtlarına icazəsiz giriş həyata keçirib. Nəticədə haker şəxsi fotoları və nəşr üçün nəzərdə tutulmuş məktubu ələ keçirib.

Tarix: 08/02/13 Dünyada hər üçüncü kompüter virusa yoluxub

“Panda Security” şirkəti kompüterlərin zərərli proqram təminatına yoluxması statistikasını dərc edib. Ən pis vəziyyət Çin və Cənubi Koreyada qeydə alınıb: kompüterlərin 50 faizdən çoxu virusa yoluxub. Bu göstərici üzrə Türkiyə, İsrail və Polşa, həmçinin ilk onluqda yer alıb.

Tarix: 05/02/13 Rusiyada kibercinayətkarlığın sayı 1 il ərzində 33 faiz artıb

Rusiyanın hüquq-mühafizə orqanlarının 2011-ci illə müqayisədə ötən il qeydə aldığı kibercinayətkarlıq hallarının sayı 28 faiz artıb. Bu barədə fevralın 5-də Rusiyanın Daxili İşlər Nazirliyinin xüsusi texniki tədbirlər Bürosunun direktoru Aleksey Moşkov bildirib.

Tarix: 05/02/13 “Oracle” təhlükəsziliyi gücləndirir

“Oracle” təhlükəsiz kommunikasiya texnologiyaları tədarükçüsü “Acme Packet” şirkətini 2,1 milyard dollara satın aldığını bəyan edib. Şirkətdən verilmiş məlumata əsasən, bu saziş onun “bulud” həllər sahəsi üzrə proqram portfoliosunu gücləndirməyə imkan verəcək.

Tarix: 04/02/13 Kompüter cinayətkarlığı ilə bağlı növbəti həbs

"Fortezza" ləqəbli cinayətkar bank məlumatlarını oğurladığını etiraf edib. “ICTnews.az” elektron xəbər xidməti “securitylab.ru” saytına istinadən bildirir ki, Amerika məhkəməsi Hollandiya vətəndaşını 12 il müddətinə azadlıqdan məhrum edib. Cari il fevralın 1-də şəbəkədə "Fortezza" ləqəbi ilə tanınan Devid Şruten

Tarix: 04/02/13 Hakerlər “Twitter”in 250 min istifadəçisinin şifrəsini ələ keçiriblər

Kibercinayətkarlar cümə günü “Twitter” mikrobloqlarının serverlərinə hücum edərək onun təxminən 250 min istifadəçisinin ad, şifrə və elektron poçt ünvanlarını ələ keçiriblər.








19 Mart 2024

18 03 2024