bölmədə 2336 material var

Tarix: 08/06/11 iOS 5-i sındırıblar

İstehsalçılar üçün iOS 5 versiyasının çıxışından cəmi bir neçə saat sonra Phone Dev Team-dən MuscleNerd nikli haker mobil əməliyyat sisteminin yeni versiyasını sındırıb. Proqram təminatı dördüncü nəsil iPod touch pleyerinə qurulub. Qırma Limera1n proqram təminatının köməyi ilə həyata keçirilib.

Tarix: 08/06/11 Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu iyunda AzScienceNet elmi kompyuter şəbəkəsində qeydə alınan şəbəkə insidentləri və virus aktivliyinin miqdarı haqqında ilk statistik hesabatı dərc edəcək. Statistik hesabat şəbəkə hücumları və onların təhlükəlilik səviyyələri haqqında məlumatlar daxil olmaqla, şəbəkə

Tarix: 06/06/11 VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI

Son günlərin İT xəbərləri arasında hakerlərin çeşidli “məharət”ləri ilə bağlı çoxsaylı məlumatlar yer alır. Demək olar ki, hər gün dünyanın məşhur İKT şirkətlərinin və texnologiya istehsalçılarının server və resursları “hack” edilir.
Heç kimə sirr deyil ki, bu gün dünyada kibercinayətkarlıqla mübarizə, internet təhlükəsizliyinin təmin olunması kimi məsələlər İKT siyasətinin prioritetləri sırasındadır.

Tarix: 05/06/11 Facebook hakerlarin diqqət mərkəzindədir

Yapon antivirus satıcısı Trend Micro iddia edib ki, Yahoo və Microsoft şirkətlərinin veb-poçtunun istifadəçiləri də, Google Gmail xidmətinin istifadəçiləri kimi haker hücumlarının qurbanı olublar.

Tarix: 03/06/11 Şimali Koreya ixtisaslı hakerlər yetişdirir

Şimali Koreya müxtəlif ölkələrin müxtəlif şöbələrinə kiberhücum həyata keçirə bilən peşəkar hakerlər hazırlamağa qərar verib. Belə ki, ölkə hakimiyyəti ən yaxşı proqramçılarını xarici universitetlərə təhsil almağa göndərir. Ehtimal olunur ki, həmin təhsil müəssisələrində hakerliyin ən yeni metodları öyrədilir.

Tarix: 03/06/11 “Panasonic” smartfon bazarına çıxır

Yapon elektron nəhəngi “Panasonic” yenidən mobil telefonların qlobal bazarına çıxmaq niyyətindədir. Qeyd edək ki, 2005-ci ildən “Panasonic” smartfonları yalnız daxili yapon bazarında satırdı, indi şirkət kütləvi bazar üçün yeni məhsullar hazırlayıb.

Tarix: 03/06/11 Hakerlər “Sony” şirkətini “sındırdı”

Özlərini Lulz Security adlandıran hakerlər qrupu iddia ediblər ki, “Sony” şirkətinin oyun şəbəkəsini sındırmaq və onun milyondan çox istifadəçilərinin şifrələrini, poçt ünvanlarını və digər şəxsi məlumatlarını ələ keçirmək onlara müyəssər olub. Bu qrupun bəyanatında deyilib ki, SonyPictures.com saytının işlədiyi serverlərə giriş əldə edilib

Tarix: 02/06/11 ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb

Çin hakerləri Gmail poçt xidmətinin bir neçə yüz istifadəçisinin, həmçinin, yüksək vəzifəli Amerika məmurlarının siyasətçilərinin hesablarını sındırıblar. Sındırılmış hesabların bütün istifadəçilərinə haker hücumu haqqında məlumat verilib

Tarix: 01/06/11 Mobil telefonların İMEİ kodları

Mobil telefonların İMEİ kodlarının vahid məlumat bazasının yaradılması layihəsi baxılması üçün Nazirlər Kabinetinə təqdim olunub

Tarix: 24/05/11 BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən Birləşmiş Millətlər

Tarix: 16/05/11 Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir

Dr.Web şirkətinin tərəfadaşlarla iş şöbəsinin müdiri Dennis Karavaeva iki il ərzində Azərbaycan bazarında öz sözlərini demək istədiklərini söyləyib: “Biz bütün bazar seqmentlərini əhatə etmək niyyətindəyik. Artıq bir çox şirkətlərlə, provayderlərlə müqavilələrimiz var. Mobil rabitə sektorunda və təhsil sahəsində də, müəyyən yer tutmaq istəyirik”.








18 Aprel 2024

17 04 2024