bölmədə 1303 material var

Tarix: 04/09/15 “iOS 8” əməliyyat sistemi Apple” qurğularının 87 faizində quraşdırılıb

“Apple” şirkəti  “iOS” əməliyyat sisteminin versiyalarının populyarlığını əks etdirən statistikanı təqdim edib. Statistikaya görə, hazırda “iOS 8” platforması “Apple” qurğularının 87 faizində quraşdırılıb ki, bu da bir ay əvvəldən 1 faiz bənd çoxdur.

Tarix: 02/09/15 «Windows 10» sürətlə populyarlaşır

«Net Applications» şirkətinin tədqiqatına əsasən, 29 iyul tarixində istifadəyə verilmiş «Windows 10» əməliyyat sistemi «Windows Vista» və «Windows 8» platformalarını geridə qoyaraq bir ay ərzində dünya bazarında 5,21 faizlik paya sahiblənib.

Tarix: 01/09/15 Bu il dünya korporativ proqram təminatı bazarının həcmi 7,5 faiz artacaq

2015-ci ildə dünya korporativ proqram təminatı bazarının həcmi 7,5 faiz artaraq 149,9 milyard dollara, 2019-cu ilədək 210 milyard dollara çatacaq. Bu barədə “Gartner” analitik şirkətinin hesabatında deyilir.

Tarix: 27/08/15 “Microsoft”: “Windows 10” bir ayda 75 milyon qurğuda quraşdırılıb”

“Windows 10” əməliyyat sistemi bir ay ərzində dünyada 75 milyondan çox qurğuda quraşdırılıb. Bu barədə “Microsoft” korporasiyasının vitse-prezidenti Yusif Mehdi məlumat verib.

Tarix: 25/08/15 24 il əvvəl bu gün "Linux" əməliyyat sistemi yaradılıb

1991-ci il avqustun 25-də finlandiyalı tələbə Linus Torvalds poçt konfransının gedişində "Minix" layihəsi ilə maraqlanan entuziastlər qrupuna gələcəkdə "Linux"un prototipi olacaq əməliyyat sistemi nüvəsinin yaradılması haqda məlumat verib.

Tarix: 25/08/15 İstifadəçilərin 92 faizi “Windows 10” əməliyyat sistemini bəyənir

“Microsoft” korporasiyasının icraçı direktoru Satya Nadella istifadəçilərin “Windows” əməliyyat sisteminə rəğbətini görməkdən məmnundur.

Tarix: 18/08/15 “Windows 10” noutbuk bazarını canlandıra bilməyəcək

Ekspertlərin proqnozuna görə, 2015-ci ildə qlobal noutbuk tədarükü 165 milyona yaxınlaşacaq ki, bu da təxminən 1 il əvvəlki göstəriciyə uyğundur.

Tarix: 17/08/15 “Windows 10” əməliyyat sistemi artıq 50 milyon qurğuya quraşdırılıb

Bir sıra analitiklər və KİV nümayəndələri iddia edir ki, yeni “Windows 10” əməliyyat sisteminin satış startı çox uğurlu olub.
 

Tarix: 10/08/15 Hakerlər smartfonlardan barmaq izini oğurlaya bilərlər

Təhlükəsizlik sistemləri üzrə tədqiqatçılar “Android” platforması ilə işləyən smartfonlarda daha bir boşluq aşkar edib.

Tarix: 06/08/15 “iOS” mobil platforması Avropada öz mövqeyini geri qaytarıb

“Kantar Worldpanel ComTech” analitik şirkətinin son məlumatlarına əsasən, “Apple iOS” mobil platforması Avropanın beş ən böyük bazarında (İspaniya, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya) öz bazar payını geri qaytarıb.

Tarix: 04/08/15 “Android Lollipop” versiyasının bazar payı sürətlə artır

3 avqust 2015-ci il tarixinə olan məlumata görə, “Android 5.0” və “5.1 Lollipop” mobil əməliyyat sistemi ilə işləyən cihazların bazar payı 18,1 faiz təşkil edib (aylıq artım 5,7 faiz olub).

Tarix: 03/08/15 Masaüstü əməliyyat sistemləri bazarında vəziyyət araşdırılıb

İnternet trafikinin təhlili ilə məşğul olan “NetMarketShare” xidməti əməliyyat sistemlərinin (ƏS) populyarlığını əks etdirən yeni statistikanı dərc edib. “Windows 7” ƏS-i əvvəlki kimi birinci pillədə qərarlaşıb.

Tarix: 31/07/15 “Windows 10” platforması ilə işləyən qurğuların sayı 14 milyona çatıb

“Microsoft” korporasiyası yeni “Windows 10” əməliyyat sisteminin start uğuru haqda məlumat verib.

Tarix: 30/07/15 “Windows 10” sisteminin çıxması internetin sürətini zəiflədə bilər

“Windows 10” əməliyyat sisteminin internetlə yayılması şəbəkə avadanlığı və rabitə kanallarında artıq yüklənməyə səbəb olur.

Tarix: 29/07/15 “Windows 10” sisteminin satışına başlanılıb

İyulun 29-da dünyada yeni “Windows 10” əməliyyat sisteminin satışına başlanılıb. Bu barədə “Microsoft” korporasiyasının məlumatında deyilir.








20 Aprel 2024

19 04 2024