bölmədə 3428 material var

Tarix: 13/06/11 “Samsunq” azərbaycanlı istifadəçilərinə Galaxy S 2 smartfonunu təqdim etdi

Dünyanın aparıcı mobil qurğular istehsalçısı “Samsunq Elektronics” şirkəti Galaxy S 2 smartfonunun rəsmi təqdimatını keçirib. Şirkətin Bakı nümayəndəliyinin rəhbəri yeni smartfonu Azərbaycanda mobil qurğu və innovasiya texnologiyaları həvəskarları üçün gözəl ərmağan adlandırıb.

Tarix: 13/06/11 MediaPad - zərif planşet (Vİdeo)

“Huawei” şirkəti bu gün internetə MediaPad planşetinə aid olan olduqca qəribə videoçarx yerləşdirib. Planşetin yalnız xarici görünüşü nümayiş olunub. Videoda qurğunun texniki xarakteristikaları haqqında heç bir informasiya yoxdur, “Huawei” texnoloji yenilik haqda 20 iyunda geniş məlumat verəcək. Həmin vaxt buraxılış tarixi və şirkətin ən incə və yüngül planşet adlandırdığı MediaPad-ın dəyəri məlum olacaq.

Tarix: 13/06/11 Bakıda xüsusi qoxu yayan mobil telefonlar satılacaq

Bakıda xüsusi qoxu yayan mobil telefonlar satılacaq . Telefonun korpusunda aromatizatorlu kasetin olması ətrafa xüsusi qoxunun yayılmasına səbəb olur.
Qoxu korpusun hissələrindən birinin sürtünməsinin təsiri altında aromatlaşdırılmış lent vasitəsi ilə yayılmağa başlayır.
Qeyd edək ki, bu hal yalnız konstruksiyası hərəkət edən elementlərə - açılma mexanizmli və slayderli telefonlara aiddir.

Tarix: 13/06/11 “Apple”dən yeni ultraportativ noutbuklar

“Conocord Securities” şirkətinin analitikləri “Apple” şirkətinin biznes-strategiyasını təhlil edib və onların hesablamalarına əsasən, yaxın gələcəkdə bazarda yeni nəsil ultraportativ “MacBook Air” noutbuklarını görmək mümkün olacaq. İyun ayında “Apple” şirkətinin sifarişi üzrə noutbukların aparat quraşdırılmasına başlanacaq.

Tarix: 11/06/11 “Samsunq”dan yaşlı insanlara töhfə

“Samsunq” şirkəti növbəti uğura imza atıb. Şirkətdən verilən məlumata görə, onlar bu dəfə hər zaman diqqət tələb edən yaşlı insanları sevindiriblər. Belə ki, sadə menyu və böyük şriftli ekranla təchiz edilmiş “Samsunq C3060R“ mobil telefon markası yaşlıların mobil xidmətdən yararlanmasına hesablanıb.

Tarix: 10/06/11 “Sony Ericsson”dan “Mix Walkman”

“Sony Ericsson” şirkəti satışlarına növbəti rübdə başlanılacaq “Mix Walkman” mobil telefonu istehsal edib. Monoblok korpusda hazırlanmış aparat 3 düym diaqonallı və 240x400 kəskinlikli ("multitaç" interfeysi dəstəklənmir) sensor displey ilə təchiz olunub. 3.2 meqapiksel matris ilə kamera, RDS ilə FM-tuner, Wi-Fi və Bluetooth simsiz əlaqə kontrollerləri, MicroUSB portu, qulaqcıqlar üçün 3.5 mm yuva və 32 QB tutuma qədər MicroSD format fləş kartları üçün slot var.

Tarix: 10/06/11 “Dell” planşet-slayder hazırlayır

“Dell” şirkəti 7 düyməli ekranla planşet hazırlayır. Qurğu "slayder" form-faktorunda yerinə yetiriləcək Bundan başqa, iki - ön və arxa panel üçün birləşdirilmiş kameranın mövcudluğu barədə də məlumat gəzir. Müşahidəçilər güman edirlər ki, planşetin təchizatına 2 nüvəli prosessor, Wi-Fi simsiz əlaqə adapter daxil olacaq və əməli yaddaş tutumu 512 MB və ya 1 QB təşkil edəcək.

Tarix: 10/06/11 Seulda mobil xəritə xidməti

Bir neçə gün bundan əvvəl Cənubi Koreyanın hökuməti “Smart Seoul Map” adlanan smartfon xidmətini işə salıb. 124 xəritədən ibarət olan xidmət istifadəçilərə şəhərdəki 782 diqqətəlayiq yerin yerləşməsinin müəyyən edilməsində kömək edir.

Tarix: 09/06/11 “Nokia”dan 2 SiM kartlı telefon

“Nokia”nın saytında istehsalı ilə bağlı məlumat verilməmiş C2-06 telefonu ilə bağlı informasiya yerləşdirilib. Telefon 2 SiM kartın və sensor ekranın mövcudluğu ilə sələflərindən fərqlənir. . Şəklə əsasən müəyyən etmək olar ki, model vertikal slayder form-faktorunda yerinə yetirilib və fiziki rəqəmli klaviatura ilə təchiz edilib.

Tarix: 09/06/11 Elektron siqaret Bakı mağazalarında

Alqı-satqı elanlarında rast gəldiyimiz bu elan bəlkə də çoxlarının marağına səbəb olacaq. Bakının elektron avadanlıqları satışı ilə məşğul olan mağazalarında yeni avadanlıq da satılır - elektron siqaret. Bu avadanlığın satışı ilə məşğul olan Vaqif Quliyev adlı paytaxt sakini e-siqaretin üstünlükləri haqqında ICTnews-ə məlumat verərək bildirib ki,

Tarix: 09/06/11 Microsoft” şəxsi brendi altında planşet istehsal edəcək

“Microsoft” “Texas Instruments” şirkəti ilə planşet kompyuterinin yaradılması imkanını nəzərdən keçirir. Şayiələrə görə, “Microsoft”un ticarət markası altında buraxılacaq qurğu bazara növbəti ilin sonunda çıxarılacaq. Bu layihədə korporasiyanın partnyoru Tayvan istehsalçıları olacaqlar.

Tarix: 08/06/11 Ölkəmizdə 4 G xidməti tətbiq ediləcək

“Azərfon” MMC 4G xidmətinin tətbiqinə hazırlaşır. Bu barədə şirkətin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev İCTnews-ə bildirib. Onun sözlərinə görə, bununla bağlı bu günlərdə “Nokia” şirkəti ilə müqavilə imzalanıb.

Tarix: 07/06/11 Günəş batareyası ilə qidalanan planşet hazırlanıb

“Pixel Qi” şirkətinin banisi Meri Lu Cepsen (Mary Lou Jepsen) aşağı enerji istehlaklı planşet nümunəsini nümayiş etdirib. Qurğuda rəngli və birrəngli (monoxrom) rejimdə işləyən hibrid displey quraşdırılıb. Birinci halda ekran təxminən 2,5 Vt enerji, ikinci halda isə cəmi 0.5Vt enerji istifadə edir.

Tarix: 07/06/11 “Mac OS X Lion” əməliyyat sistemi iyulda satışda olacaq

”Apple” şirkəti Lion kod adı altında Mac OS X əməliyyat sisteminin növbəti nəslini nümayiş etdirib. San-Fransiskoda. 6 iyunda başlanan nümayiş WWDC konfransı çərçivəsində baş tutub. Yeni əməliyyat sistemi 250-dən çox yeni funksiyanı özündə ehtiva edir.

Tarix: 07/06/11 “Apple iCloud” musiqi xidməti pulsuz olacaq

San-Fransiskoda keçirilən WWDC konfransında “Apple” şirkətinin rəhbəri Stiv Cobs iCloud bulud xidmətini təqdim edib. iCloud qurğular məktub və sənədlərin sinxronlaşdırılması üçün istifadə edilən MobileMe xidmətini əvəz edəcək. İstifadəsi 99 dollara başa gələn MobileMe-dən fərqli olaraq iCloud xidməti pulsuz olacaqdır. ICloud istifadəçiləri “Apple”ın uzaq serverlərində təkcə musiqini deyil, həm də əlaqə, şəkil, proqram təminatı, videoçarx və sənədləri saxlamağa və sinxronlaşdırmağa imkan verəcək.








29 Mart 2024

28 03 2024