bölmədə 1303 material var

Tarix: 04/06/15 “Android” planşetlər üçün "Viber” messencerində videozəng funksiyası istifadəyə verilib

“Android” mobil əməliyyat sistemi üçün "Viber 5.4” messencerinin yeni versiyası təqdim olunub. “Google” şirkətinə məxsus əməliyyat sisteminin istifadəçiləri bir neçə vacib funksiyanı sınaqdan keçirə bilərlər.

Tarix: 04/06/15 “Bakı 2015”-in mobil tətbiqetməsi istifadəyə verildi

“Bakı 2015”-in rəsmi mobil tətbiqetməsi yükləmək üçün hazırdır. Oyunların Təşkilat Komitəsindən qeyd edilib ki, istifadəçilərin yarışlar haqda ən son məlumat və nəticələrlə yanaşı, sosial şəbəkələrə də çıxışı olacaq.

Tarix: 03/06/15 Dünya mobil əlavələr bazarı sürətlə artır

Beynəlxalq analitik şirkətlərin araşdırmaları dünya mobil əlavələr bazarının sürətlə artdığını göstərir.

Tarix: 01/06/15 Gürcüstan hökumət lisenziyalaşdırılmasına keçdi

“Microsoft” Korporasiyası və Gürcüstan hökuməti arasında bütün dövlət strukturlarında təhlükəsizliyin təmin olunması və genişləndirilməsini nəzərdə tutan leqallaşdırma və lisenziyalaşdırma ilə bağlı saziş imzalanıb. Bu saziş postsovet məkanında Gürcüstanın tam lisenziyalı proqram təminatına keçməsini təmin edən ilk razılaşmadır.

Tarix: 01/06/15 Bakı Ali Neft Məktəbi “Microsoft”un Sertifikatlaşdırma imtahanlarını keçirmə hüququ qazanıb

Bakı Ali Neft Məktəbi (BANM) CERTİPORT təşkilatı tərəfindən Səlahiyyətli TEST Mərkəzi kimi qəbul olunub.

Tarix: 30/05/15 “Google” mobil reklam gəlirinin 75 faizini “Apple”dan qazanır

“Goldman Sachs” investisiya bankının məlumatına əsasən, “Android” əməliyyat sistemi ilə işləyən smartfon və planşetlərin dünya bazarında (“IDC” analitik şirkətinin 2015-ci ilin birinci rübünə olan məlumatına görə, bu qurğuların bazar payı 78 faiz təşkil edir) liderliyinə baxmayaraq, “iPhone” və “iPad” daha çox pul qazandırır.

Tarix: 29/05/15 “Android M” mobil platformasının yeni versiyası nümayiş etdirildi

“Google” şirkəti öz mobil əməliyyat sisteminin “Android M” kod adlı yeni versiyasını təqdim edib. “Google”un vitse-prezidenti Sundar Piçai “Google I/O” tərtibatçılar üçün konfransda yeni versiyanı nümayiş etdirib.
 

Tarix: 23/05/15 “Microsoft Windows 10” proqramında nasazlıqlar aşkar edilib

İstifadəçilər “Microsoft Windows 10” ofis paketini yüklədikdə nasazlıq haqda xəbərdarlıq alır.

Tarix: 22/05/15 AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda RYTN-in layihəsinə dair seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Dilmanc” layihəsi mövzusunda ümuminstitut seminarı keçirilib.

Tarix: 21/05/15 “Əşyaların interneti” üçün ikinci əməliyyat sistemi hazırlanıb

Çinin “Huawei” telekommunikasiya korporasiyası internetə qoşulmuş qurğuları idarə etmək üçün nəzərdə tutulmuş əməliyyat sistemi hazırlayıb. Şirkətin proqnozuna əsasən, 2025-ci ilədək 100 milyarddan çox qurğu internetə qoşulacaq.

Tarix: 20/05/15 Hər 4 saniyədə yeni zərərli proqram təminatı yaranır

“G DATA SecurityLabs” şirkətinin məlumatına görə, 2014-cü ildə informasiya təhlükəsizliyi ekspertləri tərəfindən hər dörd saniyədə yeni zərərli proqram təminatı növü aşkarlanıb.

Tarix: 19/05/15 ABŞ-da avtomobillər bir-birilə “ünsiyyət quracaq”

ABŞ Nəqliyyat Departamentinin rəsmisi planlaşdırır ki, ölkədə şütüyən avtomobillər təhlükəsizliyin yüksəldilməsi üçün bir-birilə "danışmağı" öyrənsin.

Tarix: 18/05/15 Avropa rabitə operatorları mobil reklamı bloklayacaq

Avropa mobil rabitə operatorları şəbəkədə reklamın göstərilməsini blok edəcək proqram təminatını aktivləşdirməyi planlaşdırır.

Tarix: 18/05/15 “Firefox OS” sistemli ilk televizor istehsal edilib

Yaponiyanın “Panasonic” şirkəti "Firefox OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən dünyanın ilk smart (ağıllı) televizorlarını təqdim edib.
 

Tarix: 16/05/15 “Microsoft” proqram tərtibatı və testləşdirməsi üzrə onlayn konfrans keçirəcək

Mayın 20-21-də “Microsoft”un “Devcon 2015” proqram tərtibatı və testləşdirməsi üzrə beşinci dəfə onlayn konfransı keçiriləcək.
 








18 Aprel 2024

17 04 2024