bölmədə 61 material var

Tarix: 02/03/12 Vannevar Buş – Başı və əlləri yaxşı işləyən mühəndis

Vannevar Buş görkəmli alim, mühəndis və təşkilatçı olub. Dünya elmi, xüsusilə Amerika elmi tarixində bu şəxsin adı çox böyük hörmətlə çəkilir. "Buşun həm başı, həm də əlləri yaxşı işləyirdi. O, əbəs yerə Amerikanın ən parlaq mühəndislərindən sayılmayıb", - Norbert Viner yazıb.

Tarix: 27/02/12 CORC BUL – Onun ideyası inqilabi dəyişikliyə səbəb oldu

Riyazi məntiq еlmi keçən sayımızda haqqında bəhs etdiyimiz ХVII əsrdə yaşamış аlmаn riyаziyyаtcısı və filоsоfu Q.Lеybnisin sayəsində inkişaf edib. İngilis riyаziyyаtcısı və məntiqçisi Cоrc Bul ХIХ əsrdə bu еlmi məntiqin riyаzi аnаlizi аdlаndırıb və Leybnisin ideyalarını davam etdirib.

Tarix: 17/02/12 Bu gün IBM şirkətinin yaradıcısının anadan olduğu gündür

Tomas Uotson (1874-cü il fevral ayının 17-si tarixində Nyu-York ştatında Şotlandiya mühacirləri nəsillərindən olan ailədə doğulub. İxtisas seçimində yanılmış Uotson əmək fəaliyyətinə kommivoyajör kimi başlayıb və beləcə o, ömrünün sonuna kimi ticarətlə məşğul olub.

Tarix: 15/02/12 ÇARLZ BEBBİC – Cəhdləri uğursuz alınsa da, hesab maşınının yaradılması onun adı ilə bağlıdır

İngilis riyaziyyatçısı Çarlz Bebbic dünyada ilk analitik hesablama maşınının ixtiraçısı kimi məşhurdur. O, tabulyasiya üçün maşın hazırlayıb və fərq maşınının yaradılması üzərində işləyib. Bundan əlavə, universal rəqəmsal hesablama maşınının layihəsini - müasir EHM nümunəsini hazırlayıb.

Tarix: 06/01/12 Əfsanəvi alim: " Bizim intellektimizdən fərqli olaraq kompüterlərin yaddaşı hər 18 aydan bir yenilənir "

2012-ci ilin yanvarın 8-də dünyanın ən tanınmış fiziklərindən olan, Kembric universitetinin professoru, əfsanəvi alim Stiven Hokinqin 70 yaşı tamam olacaq.

Tarix: 24/12/11 Seymur Krey - “superkompyuterin atası”

Seymur Krey həyatını superkompyuterlerin hazırlanmasına həsr edib. Təsadüfi deyil ki, onu “superkompyuterlərin atası” adlandırırlar. Bu utancaq və ünsiyyətə meyilli olmayan peşəkar kompyuter tarixində yeni mərhələnin əsasını qoyub.

Tarix: 13/12/11 Stiven Mak Donnul Keyz – Oyunlar dünyasının kralı

Stiven Keyz America Online (AOL) şirkətinin yaradıcısı kimi tanınır. Tanışları və ailə dostları Stivenin uşaqlıqda xeyirxah, utancaq və bir qədər qəribə olduğunu qeyd edirlər. Heç kim düşünmürdü ki, o, bu qədər böyük uğurlar qazanaraq məşhur biznesmenə çevriləcək.

Tarix: 06/12/11 Dahi azərbaycanlı

Hər bir azərbaycanlının qürur mənbəyi olan görkəmli azərbaycanlı alim Lütfi Zadənin adı dünyanın elm tarixinə qızıl hərflərlə həkk olunub. Lütfi Zadənin elmi kəşfləri, elmi ideyaları bəşəriyyətin inkişafına, insanların rahatlığına, rifah halını yaxşılaşdırmağa xidmət edən elmi ideya və kəşflərdir.

Tarix: 28/11/11 Rey Tomlinson – “@” işarəsinin banisi - İnternetin təvazökar qəhrəmanı

Rey Tomlinson 1942-ci ildə Nyu-Yorkun Amsterdam şəhərində anadan olub. Orta təhsilini Broadalbin Mərkəzi Məktəbində başa vurduqdan sonra Renselir Politexnik İnstitutuna daxil olub. Burada elektrik mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnərək təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib.

Tarix: 19/11/11 Niklaus Virt – “Paskal” proqramlaşdırma dilinin yaradıcısı

Kompyuter elmləri üzrə professor, görkəmli proqramçı Niklaus Virt dünyada “Paskal” proqramlaşdırma dilinin yaradıcısı kimi tanınır. Bundan əlavə, “Paskal”ın əsasında yaradılmış “Modula-2” və “Oberon” və digər məşhur proqram dillərini hazırlayıb. Niklaus 1934-cü ilin 15 fevral tarixində İsveçrənin Vinterhure şəhərində doğulub.

Tarix: 14/11/11 Cimmi Uels – dünyanın ən böyük və ən operativ ensiklopediyasının banisi

Cimmi Uels – “Vikipedia”nı və müxtəlif viki layihələrini idarə edən “Vikimedia” Fondunun yaradıcısı və rəhbəridir. Uels həmçinin, “Wikicities” layihəsinin əsasını qoyan “Vikia” kommersiya korporasiyasının qurucusudur. O, 1966-cı ilin 7 avqustunda Alabama ştatının Hantsvill şəhərində doğulub.

Tarix: 05/11/11 Piter Norton – Humanist proqramçı

Piter Nortonun adı kompyuterlə maraqlanan hər bir kəsə tanışdır. Belə ki, o, “Norton Commander”, “Norton Utilities”, “Norton Disk Doctor”, “Norton İnternet Security” və digər məşhur proqram məhsullarının yaradıcısıdır. Norton həm də fərdi kompyuterlər haqqında "İBM PC-in daxilində",

Tarix: 29/10/11 Maykl Dell: “Dünyanın ən böyük İT şirkətinin rəhbəri üçün nə satdığı önəmli deyil, əsas odur ki, o, satmağı bacarır”

Maykl Dell 1965-ci il 23 fevral tarixində zəngin bir ailədə Hyustonda (Texas ştatı) doğulub. Onun atası stomatoloq işləyib, anası brokerlik fəaliyyəti ilə məşğul olub. Uşaqlıqdan təhsildə xüsusi müvəffəqiyyət qazanmayıb.

Tarix: 25/10/11 CEFF BEZOS - İnternet vasitəsilə kitabların satışını ağılsızlıq adlandırdığı halda dünyanın ən varlı insanına çevrilib

Doğum tarixi və yeri: 1964-cü il, 12 yanvar, ABŞ, Nyu-Meksiko, Albukerke Təhsili: Prinston Universiteti Fəaliyyət növü: Biznes Vəzifəsi: “Amazon.com”-un rəhbəri, baş icraçı direktoru Ceff Bezos 1964-cü il, yanvarın 12-də anadan olub. Valideynlərinin evliliyi bir ildən artıq davam etməyib.

Tarix: 18/10/11 LOURENS ELLİSON: “Həvəskar pilot, ən yüksək gəlirli top-menecer”

Məşhur “Oracle” şirkətinin yaradıcısı və rəhbəri Larri Ellison 1944-cü ilin 17 avqustunda Nyu-Yorkun Bronks hissəsində anadan olub. 9 aylıq olarkən pnevmaniya xəstəliyinə tutulur. Qayğısına qalmaqda çətinlik çəkən anası onu özünün dayı və xalasının yanına - Çikaqoya aparır.

1 2 3 4 5








20 Aprel 2024

19 04 2024