bölmədə 1303 material var

Tarix: 02/09/14 “Windows 7” dünyanın ən populyar əməliyyat sistemidir

“Windows 8” platformasının əməliyyat sistemləri (ƏS) bazarında payı artır.

Tarix: 28/08/14 “Windows 8” əməliyyat sistemi populyarlaşır

“Windows 8” əməliyyat sisteminə tələbat hələ ki “Microsoft”un istədiyi kimi yüksək deyil. Hətta köhnə “Windows XP” platforması uzun müddət "səkkiz"dən populyar olub. Yalnız bu yaxınlarda vəziyyət yeni əməliyyat sisteminin xeyrinə dəyişib.
 

Tarix: 28/08/14 “iPhone” və “iPad” sahibləri “Android” istifadəçiləri ilə müqayisədə 40 faiz daha çox qazanırlar

“PhoneArena” saytı yazır ki, “ComScore” şirkəti ABŞ-ın mobil qurğu istifadəçiləri arasında genişmiqyaslı tədqiqat keçirib. Nəticələr mütəxəssisləri bir qədər təəccübləndirib.

Tarix: 25/08/14 "Linux" əməliyyat sistemi yaradılıb

1991-ci il avqustun 25-də finlandiyalı tələbə Linus Torvalds poçt konfransında "Minix" layihəsi ilə maraqlanan entuziastlər qrupuna gələcəkdə "Linux"un prototipi olacaq əməliyyat sistemi nüvəsinin yaradılması haqqında məlumat verib.

Tarix: 25/08/14 Çin oktyabrda yeni əməliyyat sistemini nümayiş etdirəcək

Çin proqramçıları bu ilin oktyabrında yeni əməliyyat sistemini (ƏS) ictimaiyyətə nümayiş etdirəcəklər. "Xuansyu şibao" nəşri yazıb ki, bu addım Çinin proqram təminatı bazarında “Microsoft”un inhisarçılığını ləğv etməyə imkan verəcək.

Tarix: 23/08/14 Smartfon sahiblərinin üçdə iki hissəsi əlavələr yükləmir

ABŞ-da əksər smartfon sahibləri yeni əlavələr yükləməyi dayandırıb. Bu barədə “comScore” şirkətinin analitik hesabatında deyilir.

Tarix: 22/08/14 “Android” platforması ilə nə qədər qurğu işləyir?

“Android” platformasının fraqmentasiyası, yəni sözügedən mobil əməliyyat sisteminin quraşdırıldığı cihazların müxtəlifliyi yeni rekorda imza atıb. “OpenSignal” şirkətinin analitik hesabatına əsasən, “yaşıl robot” 18796 müxtəlif cihaz modelinə quraşdırılıb.

Tarix: 20/08/14 Nəhəng proqram təminatı istehsalçısı ABŞ-ın sanksiya tətbiq etdiyi şirkətlərlə əməkdaşlığı dayandırır

Dünyanın ən iri layihələşdirmə proqram təminatı istehsalçısı ABŞ-ın sanksiya  tətbiq edildiyi Rusiya şirkətləri ilə əməkdaşlığa son qoyur.

Tarix: 19/08/14 Böyük Britaniyada əlavələrin yüklənmə sayı azalıb

Böyük Britaniyada smartfon sahibləri yeni əlavələri az yükləməyə başlayıb. Belə ki, smartfon sahiblərinin təxminən üçdə bir hissəsi öz qurğularına heç bir əlavə yükləmir.

Tarix: 19/08/14 “Microsoft” “Windows” yeniləməsini silməyi tövsiyə edir

“Microsoft” şirkəti “Windows”un sonuncu təhlükəsizlik yeniləməsini silməyi tövsiyə edib. Belə ki istifadəçilər yeniləməni yüklədikdən sonra “göy ekran” problemi ilə rastlaşıblar.

Tarix: 18/08/14 2018-ci ilədək mobil tətbiq bazarında gəlir 60 milyard dolları ötəcək

“Strategy Analytics” tədqiqat şirkəti mobil tətbiq bazarında kəskin artım haqda məlumat verib. 2014-cü ildə mobil tətbiq bazarında qlobal gəlir 33,7 milyard dollar təşkil edəcək. 2013-cü ildə bu göstərici 21,4 milyard dollar olub. 2018-ci ildə isə bazarın həcmi 60 milyard dolları ötəcək.

Tarix: 16/08/14 "Microsoft" sentyabrda "Windows 9" platformasının ilkin versiyasını buraxmaq niyyətindədir

"Microsoft" şirkəti sentyabrın sonunda və ya oktyabrın əvvəlində "Threshold" kod adlı "Windows 9" əməliyyat sisteminin ilkin versiyasının nümayişinə hazırlaşır. Bu haqda "ZDNet" nəşri yazıb.

Tarix: 14/08/14 “Jelly Bean” “Android” platformasının ən geniş yayılmış versiyasıdır

“KitKat” versiyası “Android” qurğular bazarında öz mövcudluğunu genişləndirir. “Google” öz mobil platformasının versiyalarının populyarlığı haqda yeni statistikanı tərtibatçılar üçün “Android Developer Dashboard” bölməsində elan edib.

Tarix: 14/08/14 “Microsoft” boşluqları aradan qaldıraraq Azərbaycan manatını tanıdı

“Microsoft” şirkəti proqram təminatlarında boşluqları aradan qaldıraraq “Windows 8.1”ə Azərbaycan manatı simvolunun dəstəyini əlavə edib.

Tarix: 13/08/14 Şirkətlər artıq “Windows 7” əməliyyat sistemindən imtina haqda düşünməlidirlər

“Microsoft” şirkəti 6 il sonra “Windows 7” əməliyyat sisteminin (ƏS) dəstəyini dayandıracaq. Amma analitiklər şirkətlərə artıq indidən bu ƏS-dən uzaqlaşmağı tövsiyə edirlər.








29 Mart 2024

28 03 2024