bölmədə 5632 material var

Tarix: 09/06/11 Məlumatların mühafizəsi üçün 3.5 milyard dollara xərclənib

2011-ci ilin birinci rübündə məlumatların saxlanılma sistemləri üçün proqram təminatı satışlarından qazanc dünya bazarında 3,5 milyon dollar təşkil edib ki, bu da 2010-cu ilin analoji dövrü ilə müqayisədə 12.4% çoxdur. Bu barədə IDC analitikləri öz tədqiqat hesabatında bildiriblər.

Tarix: 09/06/11 AzScienceNet-in informasiya təhlükəsizliyi operativ qorunacaq

AzScienceNet Elm kompyuter şəbəkəsində baş verə biləcək informasiya təhlükəsizliyi insidentlərinin opertaiv cavablandırma qurumu olan AZ-CERT komandası Avropa CERT-lərinin Trusted Indroducer (TI) xidməti tərəfindən akkreditasiya edilmişdir. TI xidməti Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyasının (TERENA) çərçivəsində fəaliyyət göstərən TI

Tarix: 09/06/11 “Facebook” fotoda şəxsləri avtomatik tanımağa başlayıb

“Facebook” sosial şəbəkəsində Tag Suggestions funksiyası istifadəyə verilib. Bu sistem istifadəçinin şəkillərində şəxsləri avtomatik tanıyır və ona dostları qeyd etməyi təklif edir. Bu barədə “Facebook”un rəsmi bloqunda bildirilib.

Tarix: 08/06/11 NATO “anonimus”larla mübarizə aparacaq

NATO kibertəhlükəsizlik üzrə hesabat dərc edib. Sənəddə deyilir ki, təşkilat “Anonimlər” adlanan qrup üzvləri ilə mübarizə aparacaq. Xatırladaq ki, anonimlər WikiLeaks serverlərin bağlanmasına görə qisas almaq məqsədilə ödəniş sistemlərinə DDoS hücumları təşkil ediblər.

Tarix: 08/06/11 Bakıda yeni internet köşkləri qurulacaq

KÜR Kompyuter avadanlığı istehsalı zavodu Bakının ictimai yerlərində internet-köşklərin quraşdırılmasını planlaşdırır. Bu barədə bizə zavodun direktoru Rizvan Osmanov məlumat verib.

Tarix: 08/06/11 Prezident İlham Əliyevin saytının iPad üçün əlavəsi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin saytının iPad planşet kompüterlər üçün xüsusi əlavəsi istifadəyə verilib. Azərbaycan Prezidentinin Administrasiyasından verilən məlumata görə, iPad istifadəçiləri xüsusi əlavəni yükləməklə dövlət başçısının

Tarix: 08/06/11 Müəllimlərin rəsmi elektron poçtu olacaq

Təhsil Nazirliyi, Microsoft Azərbaycan şirkətinin və Mədəd Azərbaycan təşkilatının birgə layihəsi çərçivəsində Azərbaycan müəllimləri rəsmi elektron poçt ünvanları ilə təchiz olunacaq. “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində

Tarix: 08/06/11 Şəbəkədə olan saytların sayı 346 milyonu keçib

Netcraft” monitorinq şirkətinin hesabatına əsasən, 1 iyuna kimi internetdə olan saytların sayı 346 004 403 olub. Ən məşhur veb-serverlərdən olan Apache-də yerləşən saytlar may ayında 21 milyon hosta çatıb. Bu da bazar payında 2.2%-lik artımla müşahidə olunub.

Tarix: 07/06/11 Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub

“Hər bir dövlət qurumunun mükəmməl internet portalı olmalıdır və informasiya xarakterli məlumatlar tez-tez dəyişdirilərək yenisi ilə əvəz olunmalıdır”. Bu barədə İCTnews-ə açıqlama verən

Tarix: 07/06/11 Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir

WiMAX texnologiyaları üzrə internetə simsiz qoşulma xidmətləri göstərən SAZZ şirkəti Sumqayıt, Novxanı və Keşlə qəsəbəsində baza stansiyasının inşası üzrə işləri başa çatdırıb. Bu gün SAZZ şirkəti WiMAX simsiz internet xidmətlərini Bakı şəhər ətrafında və Abşeron yarımadasında təqdim edir.

Tarix: 06/06/11 “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir

“Apple”nin dəyəri “Microsoft” və “İntel” şirkətlərinin ikisinin birlikdə dəyərindən bahadır. MacDailyNews bloqunun müəllifləri “Apple” şirkətinin dəyərini 317.60 milyard dollar kimi qiymətləndiriblər. Eyni zamanda “Microsoft”un bazar qiyməti 201.59 milyard, “İntel”in dəyəri isə isə 115.21 milyard dollar civarında dəyərləndirilib. “Apple”in gəliri iPhone smartfonu, iPod pleyri və iPad planşeti kimi məşhur qurğuların sayəsində artır.

Tarix: 06/06/11 Suriyada internet böhranına son verildi

Suriyanın ərazisində internetə giriş bərpa edilib. 1 sutkadan artıq idi ki, ölkədəki qarışıqlığa görə 75%-dən çox yerli internet-şəbəkəsinin fəaliyyəti dayandırılmışdı. Məlumat üçün bildirək ki, ABŞ-ın Dövlət katibi Hillari Klinton internet şəbəkəsinin söndürülməsini sərt tənqid edərək bildirib ki,

Tarix: 06/06/11 Disney yeni sayt istifadəyə verib

Disney şirkəti Internet Explorer 9 komandasının dəstəyi ilə Tron: Legacy kinofilminin müasir veb-standartlar və HTML5 əsasında hazırlanan gözəl promo-saytını istifadəyə verib.

Tarix: 05/06/11 Dünyada 55 milyondan artıq Xbox 360 satılıb

Microsoft şirkəti bütün dünyada 55 milyondan çox Xbox 360 konsolunun satıldığını elan edib . Bu barədə şirkət nümayəndələrinə istinadən Eurogamer saytı bildirib. Xbox 360 2011-ci ildə ABŞ-da ən çox satılan konsol olub.

Tarix: 05/06/11 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə

Google, Yahoo və Microsoft şirkətləri öz səylərini hədəfləri internet-tərkibin, strukturlaşmış korporativ məlumatların indeksləşdirilməsinin yaxşılaşdırılması olan layihə çərçivəsində birləşdirib. Şirkətlər bildiriblər ki, internet-məzmunu daha sürətli və daha keyfiyyətli indeksləşdirməyə görə HTML nişanı üçün Verilənlər Bazası İdarəetmə Sistemi (VBİS) texnologiyalarından istifadə etmək niyyətindədirlər.








19 Aprel 2024

18 04 2024