bölmədə 665 material var

Tarix: 02/06/11 Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur

“Azərpoçt” MMC-nin ödəniş xidmətləri şöbəsinin rəis müavini Təranə Səlimovanın İCTNews-ə verdiyi məlumata görə, bununla da adlarıçəkilən rayonların sakinləri poçt şöbələrindən bu sistemin köməkliyi ilə dünyanın 200 ölkəsinə sürətli pul göndərə və ala bilərlər.

Tarix: 02/06/11 “Filateliyanın inkişafında innovasiya ”

Ümumdünya Poçt İttifaqının dəstəyi ilə Moskvada “Filateliyanın inkişafında innovasiya ” mövzusunda seminar keçirilib. Seminarda MDB ölkələri ilə yanaşı, Fransa, Polşa, Bolqarıstan, Slovakiya ölkələrinin nümayəndələri iştirak edib. Bu mötəbər tədbirdə ölkəmizi “Azərmarka” şirkətinin prezidenti İntiqam Bağırlı təmsil edib

Tarix: 02/06/11 “Eurovision” qaliblərinin şərəfinə poçt markası

“Eurovision” yarışmasının qalibləri Eldar və Nigarın şərəfinə “Azərmarka” şirkəti tərəfindən marka çap olunur. Şirkətin prezidenti İntiqam Bağırlının “İCTNews”ə verdiyi məlumata görə, nəfis şəkildə 15 min tirajla çap olunan markalarda qaliblərimizin fotosu həkk olunacaq.

Tarix: 02/06/11 Daha sürətli pul köçürmə sisteminə qoşuluruq

Azərbaycan beynəlxalq pul göndərişləri üzrə STEFİ (Secured Transfer of Electronic Financial Information) sisteminə qoşularaq Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova və Birləşmiş Ərəb Əmirlikləri ilə mübadilə həyata keçirir. “Azərpoçt” MMC-nin ödəniş xidmətləri şöbəsinin rəis müavini Təranə Səlimovanın İCTNews-ə verdiyi məlumata görə, hazırda ölkəmizin STEFİ-nin təcili pul köçürmələri əməliyyat sisteminə qoşulması istiqamətində işlər yekunlaşmaq üzrədir

Tarix: 01/06/11 Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək

"Maliyyə xidmətlərinin inkişafı" layihəsi uğurla icra olunan və böyük perspektivləri olan layihələrdən biridir








30 May 2020

29 05 2020