bölmədə 1485 material var

Tarix: 28/01/14 “iPhone” istehsalçısının üzünü güldürmədi

“Apple” şirkətindən bildirilib ki, yeni il qabağı “iPhone” və “iPad” məhsullarının satış həcmi yeni rekord qırıb.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkət tərəfindən elan edilmiş statistik göstəricilərə əsasən, 2013-cü ilin son rübündə “Apple” 51 milyon “iPhone” smartfonu satıb.

Tarix: 24/01/14 “Microsoft” istifadəçilərə məlumatları ABŞ-dan kənarda saxlamağa icazə verəcək

“Microsoft” şirkəti ABŞ-da yaşamayan istifadəçilərə öz məlumatlarını ABŞ-dan kənarda saxlamaq imkanı verəcək. Bu haqda “The Financial Times” nəşrinə müsahibəsində “Microsoft”un əsas hüquq məsləhətçisi Bred Smit deyib.
 

Tarix: 24/01/14 Roma Papası interneti Allahın hədiyyəsi adlandırıb

Roma Papası Fransisk interneti Allahın hədiyyəsi və əsl xeyirxahlıq təcəssümü adlandırıb. Papa Ümumdünya Sosial Kommunikasiya Günü münasibəti ilə kilsə dindarlarına müraciətdə bu bəyanatla çıxış edib.

Tarix: 23/01/14 Bill Qeyts niyə cücə oldu?

“Microsoft” korporasiyasının banisi Bill Qeyts öz illik müraciətinə diqqət cəlb etmək üçün virus çarxı hazırlayıb. Çarx dünən amerikanın "Late Night with Jimmy Fallon" tok-şousunda göstərilib.

Tarix: 22/01/14 Bill Qeyts imtina etdi

“Microsoft” korporasiyasının həmtəsisçisi Bill Qeyts “Bloomberg TV”-yə müsahibəsində proqram nəhənginə baş direktor vəzifəsinə qayıtmaqla bağlı fərziyyələri birdəfəlik alt-üst edib. Onun sözlərinə görə, yalnız  xeyriyyəçiliklə məşğul olmaq niyyətindədir. Qeyts, həmçinin deyib ki, “Microsoft”un direktorlar şurasında qalacaq və yeni baş direktor seçimində kömək edəcək.

Tarix: 22/01/14 Ən sürətlə inkişaf edən sosial şəbəkə hansıdır?

“Global Web Index” statistikasına istinad edən “TechCrunch” nəşri yazır ki, “Instagram” fotoxidməti ən sürətlə inkişaf edən sosial şəbəkə olub. 2013-cü ilin iki son rübündə “Instagram”ın aktiv istifadəçilərinin sayı 23% artıb.
 

Tarix: 18/01/14 Stiv Cobsun kompüter klavişlərindən yığılmış, gizli mətnli mozaik portreti yaradılıb

Tanınmış amerikalı rəssam Duq Pauell mozaika portretlərinin, o cümlədən  məşhur adamların mozaika portretlərinin hazırlanmasında ixtisaslaşıb.

Tarix: 11/01/14 Yatmazdan əvvəl smartfondan istifadə yuxusuzluq yaradır

“Bloomberg” agentliyi Harvard Tibb Məktəbi mütəxəssislərinin tədqiqat nəticələrinə istinadən yazır ki, müəyyən uzunluqda işıq dalğaları beyində melatonin maddəsinin yaranmasının qarşısını ala bilər, yəni yatmazdan əvvəl mobil telefon, smartfon və ya planşetdən istifadə yuxusuzluq yaradır.

Tarix: 09/01/14 2014-cü ilin gəlişi ilə internetdə 1986-cı ilin təqvimlərinə qlobal tələbat yaranıb

2014-cü ilin gəlişi ilə dünya üzrə internetdə 1986-cı ilin təqvimlərinə qlobal tələbat bumu başlayıb. Qəribəsi odur ki, hər iki il həftə günlərinə görə tamamilə uyğun gəlir. Eyni zamanda 2014-cü il də 1986-cı il kimi çərşənbə günü başlayır və qurtarır.
 

Tarix: 29/12/13 Bill Qeytsin intellekt əmsalı nə qədərdir?

Bill Qeyts –  Amerika sahibkarı və ictimai xadim, filantrop, “Microsoft” şirkətinin həmtəsisçisi və ən böyük səhmdarıdır.

Tarix: 27/12/13 “Google” 2013-cü ilin ən məşhur müğənnilərin adlarını açıqlayıb

Müxtəlif nəşrlər, portallar və axtarış sistemləri "ən məşhurlar”ın siyahılarını tərtib etməyə davam edirlər. Bu dəfə isə “Google” şirkəti öz siyahısını dərc edib.

Tarix: 25/12/13 “Microsoft”un həmtəsisçisi Pol Allen adasını satıb

“The Seattle Times” qəzetinin məlumatına görə, “Microsoft”un həmtəsisçisi Pol Allen, nəhayət ki, öz adasını 8 milyon dollara satıb.

Tarix: 25/12/13 “Facebook” rəhbəri 2013-cü ilin ən uğurlu milyarderləri siyahısında yer alıb

“Facebook” sosial şəbəkəsinin baş direktoru Mark Sukerberq, “Amazon.com” şirkətinin rəhbəri Ceff Bezos, “Google” həmtəsisçisi Larri Peyc və “Microsoft” korporasiyasının yaradıcısı Bill Qeyts “Forbes” jurnalının versiyasına görə, 2013-cü ilin ən uğurlu milyarderləri siyahısına daxil olub.

Tarix: 06/12/13 Britaniyalılar “iPhone 5s” smartfonunun qızıl versiyasını hazırlayıblar

Britaniyanın “Goldgenie” şirkəti “iPhone 5s” smartfonunun qızıl versiyasını çıxarıb. 16 QB-lıq yaddaşla standart modelin qiyməti 3200 dollar, 32 QB-lıq yaddaşla təchiz edilmiş model üçün əlavə daha 300 dollar ödəmək lazımdır.

Tarix: 30/11/13 “Kod Saatı” “Bakutel 2013”-də təqdim olunacaq

Azərbaycan ACM Bölməsi “Bakutel 2013” sərgisində proqramlaşdırmanı populyarlaşdıran qlobal “Code.org” hərəkatının “Kod Saatı” təşəbbüsünü təqdim edəcək. Belə ki, 9-15 dekabr – İnformatika Təhsili Həftəsi (Computer Science Education Week) çərçivəsində keçirilən “Kod Saatı” (Hour of Code) bütün dünyada hər kəsi bir saatını proqramlaşdırmanın əsaslarını öyrənməyə və ya öyrətməyə sərf etməyə təşviq edir.








20 Aprel 2024

19 04 2024