bölmədə 1303 material var

Tarix: 17/08/13 “Opera Software”: mobil brauzerlərin rolu artır

Norveçin "Opera Software" şirkəti bu gün ikinci rüb üzrə maliyyə hesabatını dərc edib. Satışların həcmi 40% artaraq 73,1 milyon dollar olub, həmçinin mobil istiqamət üzrə gəlirin həcmi 53% artıb. Bu rübün yekununa görə, "Opera" şirkəti sözügedən istiqamətdə 15,9 milyon dollar qazanmağa müvəffəq olub.

Tarix: 17/08/13 Çində rüşvətxorluğa qarşı proqram təminatı yaradılıb

Çinin cənub-qərb hissəsində yerləşən Çunsin Şəhər Prokurorluğu "Android” və “iOS” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonlar üçün əlavə hazırlayıb. “Vəzifə cinayətlərindən çəkinin” adlı proqram dövlət məmurları tərəfindən yol verilən korrupsiya halları barədə təcili xəbər verməyə imkan verir və onu artıq mobil qurğulara yükləmək mümkündür.

Tarix: 16/08/13 Qlobal mobil tətbiq bazarının həcmi 75 milyard dollar təşkil edəcək

“Juniper Research” analitik şirkətinin ekspertlərinin hesablamalarına əsasən, 2017-ci ilədək qlobal mobil tətbiq bazarının həcmi 75 milyard dollaradək artacaq.

Tarix: 15/08/13 Mobil dükanlar bir-biri ilə yarışır

“Distimo” analitik şirkəti “Android” və “iOS” platformaları üçün mobil tətbiq bazarının vəziyyətinə dair hesabat dərc edib. Hesabata əsasən, “Google Play” tətbiq mağazasında gəlir həcminin səviyyəsinə görə artım tempi yüksəkdir, lakin gəlirin ümumi səviyyəsinə görə “Apple App Store” mağazası hələ də öndədir.

Tarix: 15/08/13 “Windows 8.1” əməliyyat sisteminin yekun versiyasının çıxarılma tarixi açıqlanıb

“Microsoft” korporasiyası “Windows 8.1” əməliyyat sisteminin (ƏS) yekun versiyasının rəsmi çıxarılma tarixini oktyabrın 18-i tarixinə təyin edib.

Tarix: 14/08/13 Ev təsərrüfatlarında internetə qoşulmuş kompüterlərin 70.8 faizi virusa qarşı proqramla təchiz olunub

Dövlət Statistika Komitəsindən “ICTnews.az” elektron xəbər xidmətinə verilən məlumata əsasən, istifadəçilər tərəfindən ev təsərrüfatlarında internetə qoşulmuş kompüterlərin 70.8 faizi virusları yoxlamaq üçün proqramla təchiz olunub.

Tarix: 14/08/13 “App Store” ən gəlirli əlavələr mağazasıdır

“Distimo” analitik şirkətinin ekspertləri əlavələrin onlayn kataloqunu tədqiq edərək "Apple App Store” əlavələr mağazasının mədaxilinə görə hələ də rəqiblərini üstələməsini müəyyən ediblər. Lakin bununla yanaşı, “Google Play Store” mağazası da yüksək mədaxil tempi nümayiş etdirir.

Tarix: 12/08/13 “Android” əsaslı telefonlar üçün "Yuxuyozma"lar

“Android” mobil əməliyyat sistemi əsasında çalışan telefonlar üçün yuxuyozmalar ilə bağlı maraqlı bir tətbiq hazırlanıb. Azərbaycan dilində olan versiyası “Xanım.net”-in texniki dəstəyi və baza məlumatları əsasında hazırlanan proqramın müəllifi “HandySofts” developerlər qrupudur.

Tarix: 12/08/13 Şirkətlər “Windows XP” əməliyyat sistemindən imtina edirlər

“Microsoft” korporasiyası uzun illərdir ki istifadəçiləri “Windows XP” əməliyyat sistemindən (ƏS) daha müasir ƏS-nə yönləndirməyə çalışır, lakin sözügedən proqram platforması “səhnə”dən getməkdən inadla imtina edir.

Tarix: 12/08/13 “Android” platforması smartfon bazarının 80%-nə nəzarət edir

“IDC” analitikləri tərəfindən smartfon bazarına dair keçirilmiş yeni tədqiqata əsasən, “Android” platforması sözügedən bazarda sözsüz liderdir. “Windows Phone” ən sürətli inkişaf edən platforma olub, “iOS” sistemi isə mövqeyini itirməyə davam edir.

Tarix: 12/08/13 İnformasiya sorğuları ilə bağlı işin təşkilinə dair Mərkəzi Bankın daxili icraat qaydaları təsdiq edilib

Mərkəzi Bank “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, habelə Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş

Tarix: 12/08/13 “Microsoft Office 365” Azərbaycan bazarına təqdim edilib

Azərbaycanda “Microsoft Office 365 Home Premium” (ev istifadəsi üçün) və “Office 365 for small business” (kiçik biznes üçün) məhsullarının pərakəndə satışına başlanılıb.

Tarix: 07/08/13 “Apple” şirkəti “iOS 7.0” əməliyyat sisteminin yeni beta-versiyasını təqdim edib

“Apple” şirkəti “iOS 7.0” əməliyyat sisteminin yeni beta-versiyasını proqram tərtibatçılarına təqdim edib.

Tarix: 07/08/13 SMS vasitəsilə yayılan zərərli proqram təminatının 50%-dən çoxu Rusiyada yaradılıb

Rusiyada SMS fırıldaqçılıq sənayesi çox geniş yayılıb. Kaliforniyanın “Lookout” şirkətinin mütəxəssislərinin araşdırmasına əsasən, 2013-cü ilin birinci yarısında dünyada aşkar edilmiş zərərli proqram təminatının 50%-dən çoxu Rusiyada yaradılıb.

Tarix: 06/08/13 “Android” itmiş smartfonu tapmağa kömək edəcək

“Android” əməliyyat sistemində yaxın vaxtlarda istifadəyə veriləcək yeni funksiya sayəsində itmiş smartfon və ya planşeti tapmaq mümkün olacaq. Sözügedən tətbiq unudulmuş qurğunun yerini xəritədə göstərəcək və məsafədən ona zəng edəcək.








23 Aprel 2024

22 04 2024