bölmədə 1303 material var

Tarix: 28/02/13 Bill Qeyts və Mark Zukerberq videoçarxa çəkilib (VİDEO)

Amerikanın “Code.org” qeyri-kommersiya təşkilatı proqramlaşdırmanın sadəliyindən və faydalılığından bəhs edən videoçarx çəkib. Çarxda “Microsoft”un banisi və sabiq direktoru Bill Qeyts, “Facebook”un təsisçisi Mark Zukerberq və digər tanınmış proqramçılar çəkilib.

Tarix: 27/02/13 “Opera” şirkəti yeni brauzerini təqdim edib

“Opera” şirkəti bu günlərdə öz veb mühərrikindən imtina edərək “WebKit”dən istifadə edəcəyi barəsində məlumat vermişdi. Şirkət artıq “Mobile World Congress 2013” (MWC) sərgisinin ikinci günündə “WebKit” əsasında ilk həllini – “Android” platforması üçün yeni texnologiya ilə hazırlanmış mobil brauzerini təqdim edib.

Tarix: 26/02/13 “LG” şirkəti televizorlarında “WebOS” əməliyyat sistemindən istifadə edəcək

Şəbəkədə yayılmış informasiyaya əsasən, “LG” şirkəti “Palm” tərəfindən hazırlanmış və daha sonra “HP” şirkətinin satın aldığı “WebOS” əməliyyat sistemi üzərində istifadə hüququna sahiblənib. “ICTnews.az” elektron xəbər xidməti “computerra.ru” saytına istinadən bildirir ki, “HP” şirkəti artıq “Android” əməliyyat sistemi istifadə etməyi planlaşdırır.

Tarix: 26/02/13 “Windows Phone” üçün 130 min tətbiq hazırlanıb

Mobil biznesə yatırılan irihəcmli investisiyalara baxmayaraq, “Microsoft” mobil tətbiq ekosisteminin inkişafına görə rəqiblərindən geri qalır.

Tarix: 22/02/13 Google” şirkəti “Chrome OS” bazasında noutbuk təqdim edib

“Google” şirkəti “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən sensor ekranlı “Pixel Chromebook” noutbukunu təqdim edib. “ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, ABŞ-da 1300 dollara “Wi-Fi” versiyalı “Pixel Chromebook”un satışına başlanılıb. LTE şəbəkələri (eləcə də WiFi-ı) dəstəkləyən versiya apreldə satışa çıxarılacaq və ABŞ-da 1450 dollara satılacaq. Yeni qurğu “Microsoft” və “Apple” şirkətlərinin bazardakı həlləri ilə rəqabət aparacaq.

Tarix: 20/02/13 “Ubuntu” əməliyyat sisteminin planşetlər üçün versiyası təqdim olunub

“Canonical” şirkəti “Ubuntu” əməliyyat sisteminin planşetlər üçün versiyasını təqdim edib. Əməliyyat sistemi “Linux” nüvəsinə əsaslanır. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sistem müxtəlif ölçüdə olan planşetlər üçün nəzərdə tutulub: onu ekranının diaqonalı 6-dan 20 düymə qədər olan qurğulara quraşdırmaq mümkündür. “Ubuntu”nun xüsusiyyətləri arasında çoxməsələlik, çoxistifadəli rejim və düyməsiz idarə rejimini qeyd etmək olar.

Tarix: 13/02/13 Tezliklə “ALPlogo” proqramının yeni istifadəyə veriləcək

Bu yaxınlarda “ALPlogo” proqramının yeni təkmilləşdirilmiş versiyası informatika müəllimlərinin istifadəsinə veriləcək. “ICTnews” elektron xəbər xidmətinə

Tarix: 12/02/13 Sosial şəbəkələr vasitəsilə istifadəçiləri izləyən proqram

Amerikanın “Raytheon” müdafiə podratçısının hazırladığı “RIOT” proqramı istifadəçiləri “Facebook”, “Foursquare” və “Twitter” vasitəsilə izləyəcək. Sistem hər bir istifadəçisi üçün dosye hazırlayır, bundan sosial şəbəkələrdən əlçatan məlumatları avtomatik toplayır və təhlil edir.

Tarix: 12/02/13 “Samsung” şirkəti “Android” qurğular bazarının 50 faizinə nəzarət edir

“Localytics” şirkəti “Android” əməliyyat sistemi ilə işləyən müxtəlif mobil qurğuların populyarlığını qiymətləndirib. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, 2013-cü ilin yanvarında “Android” platforması ilə işləyən “Galaxy S III” “ağıllı” telefonlarının payı 9,2 faiz, “Galaxy S II”-nin payı 8.2 faiz, “Galaxy Ace”-in payı isə 3 faiz təşkil edib.

Tarix: 11/02/13 “Google Sketch Up proqramında 3D modelinin hazırlanması” adlı müsabiqə elan olunur

Bakıda fevralın 24-də saat 11:00-da “Google Sketch Up proqramında 3D modelinin hazırlanması” adlı müsabiqə keçiriləcək. Müsabiqənin davam edəcəyi 1,5 saat ərzində fotoşəkildə göstərilmiş obyektin “3D” modelinin hazırlanması tələb olunur.

Tarix: 11/02/13 “Java” ən populyar proqramlaşdırma dili statusunu özünə geri qaytarıb

“Tiobe Programming Community Index”-in son reytinqinə əsasən, bu yaxınlarda təhlükəsizliklə bağlı aşkar edilmiş problemlərə baxmayaraq, “Java” ən populyar proqramlaşdırma dili adını özünə geri qaytarıb. Xatırladaq ki, 10 ay əvvəl “C” proqramlaşdırma dili reytinqdə birinci yerdə qərarlaşmışdı.

Tarix: 08/02/13 “Microsoft” 2014-cü ildə “Linux” üçün “Office” paketini istifadəyə verə bilər

“Phoronix” resursu yazır ki, “Microsoft” korporasiyası “Linux” əməliyyat sistemi (ƏS) üçün “Office” paketini istifadəyə verə bilər. “FOSDEM” konfransının gedişatı zamanı “Microsoft”-un nümayəndələri bildiriblər ki, şirkət “Linux” ƏS-i üçün “Office” paketinin yaradılması ideyasını nəzərdən keçirir.

Tarix: 07/02/13 Yeni əməliyyat sistemi ilə işləyəcək “ağıllı” telefonlar tqdim ediləcək

“Ubuntu” əməliyyat sistemi ilə işləyəcək birinci “ağıllı” telefonlar 2013-cü ilin oktyabrında satışa çıxarılacaq. Bu barədə şirkətin direktoru Mark Şatlvorta istinadən “The Wall Street Journal” nəşri məlumat verib.

Tarix: 04/02/13 Ekspertlər “Windows Phone” və “BlackBerry 10” platformalarının gələcəyinə inanırlar

“ABI Research” analitik şirkətinin qiymətləndirməsinə görə, 2013-cü ilin sonunadək dünyada istifadə edilən “ağıllı” telefonların sayı 1,4 milyard təşkil edəcək. Onların 57 faizi “Android” mobil əməliyyat sistemi, 21 faizi isə “iOS” platforması ilə işləyəcək. Müvafiq dövrdə dünyada təxminən 268 milyon planşet istifadə olunacaq, onların 62 faizi "alma" cihazlarının, 28 faizi isə “Android” qurğuların payına düşəcək.

Tarix: 04/02/13 “Windows 8”-in mövcudluğu hələ ki hiss olunmur

“Net Applications” tədqiqat şirkətindən verilmiş məlumata əsasən, “Windows 8” əməliyyat sistemi (ƏS) hələ ki fərdi kompüter bazarına o dərəcədə təsir göstərmir. Şirkətin məlumatına əsasən, cari il yanvarın sonuna “Windows 8“-in əməliyyat sistemləri bazarında payı 2,26 faizə çatıb.








29 Mart 2024

28 03 2024