bölmədə 1485 material var

Tarix: 14/03/12 Qədim ingilis ensiklopediyası yalnız elektron formatda olacaq

Qədim ingilisdilli “Brittanica” ensiklopediyası daha kağız formatında deyil, yalnız elektron formatda çıxarılacaq. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, 32 cilddən ibarət ensiklopediyanın son nəşri 1,4 min dollara satılıb.

Tarix: 13/03/12 Telefon danışığına 800 manat pul ödəyən Azərbaycan müğənnisi kimdir?

Azərbaycan şou-biznesinin nümayəndələri “Lider” TV-də yayımlanan "Qızıl pillə" verilişində mobil telefona münasibətləri haqda danışıblar. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, «Bakılı qız» mahnısı ilə populyarlıq qazanan Vasif Məhərrəmli iki mobil telefon işlətdiyini söyləyib.

Tarix: 13/03/12 Dünyada ən bahalı saat istehsal edilib

İsveçrənin “Hublot” şirkəti dünyada ən bahalı saat istehsal edib. Modelin qiyməti 5 milyon dollar təşkil edir. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, saat 1200 brilyant ilə bəzədilib. Bu halda hər daş-qaşın çəkisi 3 karat təşkil edir. İsveçrə saat şirkətinin rəhbəri Jan-Klod Biver qeyd edib ki, bu saat hazırda dünyada ən bahalı modeldir.

Tarix: 12/03/12 “Google” korporasiyası “Apple” şirkəti ilə əməkdaşlığa görə 1 milyard dollar pul ödəyir

“Google” korporasiyası “Apple” şirkəti ilə əməkdaşlığa görə hər il təxminən 1 milyard dollar həcmində pul ödəyir. “İCTnews” elektron xəbər xidməti xəbər verir ki, bu barədə “Macquarie” tədqiqat firmasının analitiki Ben Şakter qeyd edib. Onun sözlərinə görə, internet-nəhəng bu məbləği “Safari”

Tarix: 12/03/12 12 yaşlı amerikalı məktəbi “Facebook” sosial şəbəkəsinə görə məhkəməyə verib

Amerikada yerləşən məktəbin 6-cı sinif şagirdi təhsil aldığı məktəbi məhkəməyə verib. “İCTnews” elektron xəbər xidməti xəbər verir ki, 12 yaşlı amerikalı qız məktəbin işçilərini onun “Facebook” hesabının şifrəsinin zorla alınmasında ittiham edib. 12 yaşlı qızın adından çıxış edən hüquq müdafiə təşkilatları,

Tarix: 12/03/12 ABŞ-ın videooyun bazarı yenidən mənfi nəticə ilə üzləşib

”NPD” şirkəti 2012-ci ilin fevral ayı üzrə Amerikanın videooyun bazarındakı durumu qiymətləndirib. “İCTnews” elektron xəbər xidməti xəbər verir ki, ay ərzində oyun konsolları, proqram məhsulları və müvafiq aksessuarlar istehsalçılara təxminən 1,06 milyard dollar qazandırıb.

Tarix: 12/03/12 “Microsoft” korporasiyası xarici dili 1 saat ərzində "öyrənməyə" kömək edəcək

“Microsoft” korporasiyasının hazırladığı sistem istifadəçinin səsini müəyyən edəcək və tərcümə edilmiş mətni həmin səslə səsləndirəcək. “İCTnews” elektron xəbər xidməti xəbər verir ki, oxşar həllər artıq mövcuddur, lakin hamısında kompyuter səsindən istifadə edilir.

Tarix: 12/03/12 “Facebook” 2011-ci ildə oyun istehsalçılarına 1,4 milyard dollar pul ödəyib

“Facebook” sosial şəbəkəsi 2011-ci ildə kənar oyun və digər əlavə yaradıcılarına 1,4 milyard dollardan çox pul ödəyib. “İCTnews” elektron xəbər xidməti xəbər verir ki, bu barədə “Facebook”-un oyun bölməsinin rəhbəri Mett Vindou (Matt Wyndowe) “Game Developers Conference” tədbirində çıxışı zamanı bildirib.

Tarix: 12/03/12 Atlar üçün iPad (VİDEO)

“Apple” şirkəti atlar üçün yeni “iPad” istehsal edir. Atlar “iPad”-lə xəbərləri izləyəcək, virtual dünyada səyahət edəcək, başqa atlarla video-çat edə biləcəklər. Atların kişnəməsini tanıma xüsusiyyəti olan yeni “iPad”-lər atlar üçün həyatı daha da asanlaşdıracaq. Bu monoloqlar “BBC Comedy”-də yayımlanan “Feed My Funny” proqramındandır.

Tarix: 10/03/12 Məşhur veb-səyyahı proqramçıların təzyiqinə tab gətirmədi

"Google Chrome" veb-səyyahı İT mütəxəssislərin təzyiqinə tab gətirmədi və bir neçə dəqiqə ərzində "sındırıldı". "İCTnews" elektron xəbər xidməti xəbər verir ki, "CanSecWest" konfransı çərçivəsində təşkilatçılar hər il "Pwn2Own" müsabiqəsini keçirirlər. Bu müsabiqə çərçivəsində təşkilatçılar

Tarix: 10/03/12 İtaliyalılar Günəş yaradıblar (VİDEO)

İtaliyanın şimal hissəsində Viqanella adlı dörd bir yandan yüksək dağlarla əhatə edilmiş kiçik bir kənd yerləşir. Kənd ilin demək olar ki, üç ayı tamamilə Günəş şüasından təcrid olunur. Əsrlərdir ki, Viqanella sakinləri isti Günəş şüasının kəndə yenidən düşdüyü günü bayram olaraq qeyd ediblər.

Tarix: 09/03/12 Milli filmlərin elektron bazası yaradılır

“www.azerbaijans.com” saytında milli filmlərin elektron bazası yaradılır. Belə ki, bir neçə ay öncə istifadəyə verilmiş və 7 dildə fəaliyyət göstərən virtual ensiklopediya sayt üzərində təkmilləşdirmələrini davam etdirir. Milli filmlərin elektron bazasının yaradılması da resursda “Kino” bölməsində başlanılan yeniliklərdən biridir.

Tarix: 09/03/12 “Nokia Asha” telefonları ilə oyun pərəstişkarlarının sayı daha da artıb (VİDEO)

“Angry Birds” (Hirsli quşlar) oyunu az bir müddətdə hamı tərəfindən sevilən bir oyun olmağı bacardı. “MobiTel” şirkətindən verilən məlumata görə, yeni “Nokia Asha” telefonları ilə oyun pərəstişkarlarının sayı daha da artıb və quşların yeni inkişaf mərhələsinə təsadüf edib.

Tarix: 07/03/12 "VKontakte" administrasiyası “iPhone”-a əlavə yaratmaq üçün 5 milyon rubl ödəyəcək

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, "VKontakte" sosial şəbəkəsinin administrasiyası “iPhone” smartfonu üçün messencerin yaradılması ilə bağlı müsabiqə elan edib. Bunun üçün sosial şəbəkə administrasiyası 5 milyon rubl ödəməyə hazırdır. Sosial şəbəkə administrasiyası proqramçılara yaradılacaq

Tarix: 07/03/12 Ən varlı İT şəxslərin adı açıqlanıb

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Microsoft” korporasiyasının banisi Bill Qeyts texnologiya sahəsində ən varlı şəxsdir. Onun varidatı 61,3 milyard dollar həcmində qiymətləndirilir. Ən varlı İT şəxslər reytinqində ikinci və üçüncü yerləri müvafiq olaraq Larri Ellison və Mark Zukerberq








24 Aprel 2024

23 04 2024