bölmədə 1303 material var

Tarix: 11/04/12 “Google” şirkəti əməliyyat sistemini yeniləyib

“Google” korporasiyası “Chrome OS” əməliyyat sistemini yeniləyib.“Chrome OS” əməliyyat sisteminin “19.0.1084.17” versiyasında istifadəçi interfeysi yenilənib; artıq o, fərdi kompyuterlərdə quraşdırılan “Windows” və “Mac OS X” kimi ənənəvi proqram platformalarına oxşamağa başlayıb.

Tarix: 11/04/12 Yoxlamaların vahid məlumat reyestri üzrə proqram təminatı təkmilləşdirilir

Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri üzrə yaradılan proqram təminatı hazırda təkmilləşdirilməkdədir. “www.yoxlama.gov.az” saytında yerləşdirilən vahid məlumat reyestrində iki bölmənin – “Sahibkarlıq subyektləri” və “Yoxlayıcı orqanlar” üçün ayrıca bölmələrin fəaliyyəti nəzərdə

Tarix: 11/04/12 “Microsoft Office” paketinin “Symbian” ilə işləyən smartfonlar üçün versiyası

“Microsoft Office” ofis proqramlar paketinin “Symbian Belle” əməliyyat sistemi ilə işləyən smartfonlar üçün versiyası çıxarılıb. “İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, paket “Word Mobile” mətn redaktoru,

Tarix: 10/04/12 “Microsoft” “Windows Vista”dan imtina etdi

“Microsoft” korporasiyası çərşənbə axşamı “Windows Vista” əməliyyat sisteminin dəstəklənməsini dayandıracaq. Bu barədə şirkətin saytında məlumat verilib. “İCTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, 1 gün əvvəl, həmçinin “Office 2007” ofis əlavələri paketinin dəstəklənməsi dayandırılıb.

Tarix: 10/04/12 “Windows Phone 8” platforması “Windows Phone 7” əlavələrini dəstəkləyəcək

“Microsoft” korporasiyasının əməkdaşı Larri Liberman bildirib ki, mobil qurğular üçün hazırlanan yeni “Windows Phone 8” əməliyyat sistemi “Windows Phone 7” platformasında işləyən əlavələri dəstəkləyəcək. “İCTnews.az” elektron xəbər xidməti bildirir ki, “Windows Phone 8” əməliyyat sistemi “Apollo” kod adına malik olacaq.

Tarix: 10/04/12 Yenilənmiş “Chrome” veb-səyyahında maraqlı xəta aşkarlanıb

“Google Chrome” veb-səyyahının yeni versiyasında maraqlı xəta aşkar edilib; istifadəçilər “Google”-un şəxsi xidmətlərinə və digər populyar xidmətlərə daxil ola bilmirlər. “İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “SSL” təhlükəsiz əlaqə protokolundan istifadə edən səhifəyə

Tarix: 07/04/12 Hər gün 850 mindən yuxarı “Android” qurğu aktivləşdirilir

“Google” şirkətinin baş direktoru Larri Peyc korporativ bloqunda şirkətin müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətinin nəticələri haqqında məlumat verib. “İCTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki,

Tarix: 02/04/12 Dünyanın ən böyük radio teleskopu üçün proqram təminatı hazırlanır

“IBM” korporasiyasından verilən məlumata görə, dünyanın ən böyük “Square Kilometre Array” (SKA) radioteleskopundan daxil olan informasiyanın təhlili və məlumatları idarə etmək üçün yeni proqram təminatı hazırlayırlar. Məlumat üçün bildirim ki, radioteleskopun tikintisinə 2014-cü ildə başlanmalıdır və o,

Tarix: 02/04/12 iPhone, iPad və iPod Touch üçün Bakı haqqında yeni əlavə hazırlanıb

Əlavə Bakının restoranları, kafeləri, klubları, barları, çay və qəhvə evləri üzrə interaktiv bələdçi rolunu oynayır, eləcə də istənilən ərazi üzrə marşrut qurmağa və yaxınlıqda yerləşən lazımi yerləri tapmağa, müxtəlif obyektlər haqqında dolğun məlumat əldə etməyə,

Tarix: 31/03/12 O, Stiv Cobsu rədd edib

“Linux” əməliyyat sisteminin atası kimi tanınan Linus Torvalds haqqında maraqlı bir detal ortaya çıxıb. Belə ki, Torvalds, ilk dəfə 2000-ci ildə Steve Cobsla tanış olub və “Apple” rəhbəri ona əməkdaşlıq təklif edib. L.Torvalds isə bu təklifi rədd edib. L.Torvalds reportajlarının birində bildirir ki; “məndən “Linux” əməliyyat sistemi üzərində işimi dayandırmağı və fərqli layihələr hazırlamağımı istəyirdilər.

Tarix: 31/03/12 Azərbaycan dilində ilk antivirus proqramının tətbiqinə başlanır

Azərbaycanın informasiya texnologiyaları bazarında Azərbaycan dilində “B.A.K.U.” adlı yeni antivirus proqramı yaradılıb. Artıq tətbiqinə başlanan proqram bir çox xüsusiyyətləri ilə fərqlənir. Milli atributlarımızı özündə cəmləşdirən bu proqramdan istifadə zamanı yaranan hər hansı texniki problemlə bağlı istənilən

Tarix: 31/03/12 “Android” platforması nə qədər mənfəət gətirir?

“Google” şirkəti “Android” əməliyyat sistemi ilə işləyən qurğu satışlarından əldə olunmuş mənfəəti açıqlayıb. 2008-2011-ci illərdə bu məbləğ 550 milyon dollar (il ərzində hər aparatdan təxminən 10 dollar) təşkil edib. Bu informasiya “Google” və “Oracle” şirkətləri arasında aparılan məhkəmə təhqiqatında açıqlanıb.

Tarix: 30/03/12 “Google” şirkəti “Go” proqramlaşdırma dilinin ilk versiyasını təqdim edib

“Google” şirkəti martın 28-də “Go” proqramlaşdırma dilinin ilk sabit versiyasını təqdim edib. “Go 1”-i yükləmək olar. “İCTnews” elektron xəbər xidməti bildirir ki, “Windows”, “Mac OS X”, “FreeBSD” və “Linux” nüvəsi əsasında işləyən əməliyyat sistemləri üçün distribütivlər əlçatandır. Proqramlaşdırma dili “BSD” lisenziyası altında yayılır.

Tarix: 27/03/12 Bakıya gətiriləcək “London taksiləri”ndə proqram təminatı quraşdırılır

"Baku Taxi Company" yaxın vaxtlarda 500 ədəd "London TX4" markalı taksilərdə "VeriFone" şirkətinin istehsalı olan universal POS-terminalların quraşdırılmasına başlayacaq. Bu barədə şirkətin rəhbəri İlqar Qasımov bildirib. Onun sözlərinə görə,

Tarix: 27/03/12 “Firefox”dan “Windows”a zərbə

Populyar “Firefox” veb-səyyahının tərtibatçıları bildiriblər ki, proqramın növbəti versiyası “Windows 2000”, həmçinin “Windows XP RTM” və “XP SP1” əməliyyat sistemlərində işləməyəcək. "Bunun nəticəsində “Windows” əməliyyat sistemində veb-səyyahın məhsuldarlığı əhəmiyyətli dərəcədə artacaq" - layihənin rəsmi bloqunda bildirilib.








16 Aprel 2024

15 04 2024