bölmədə 1303 material var

Tarix: 18/02/12 “HP” şirkəti “Android”in tənəzzülünü və “webOS”-un dirçəlişini proqnozlaşdırır

“HP” şirkəti hesab edir ki, “Google” və “Motorola” şirkətləri birləşdikdən sonra “Android” əməliyyat sistemi (ƏS) əsas üstünlüyündən – açıq platforma olmaqdan məhrum olacaq. Belə ki, internet-korporasiya bu platformanı qapalı edəcək və bu addım ƏS-nin sonrakı yayılması və

Tarix: 17/02/12 “Apple” şirkəti yeni əməliyyat sistemini təqdim edib

“Apple” şirkəti yeni “Mountain Lion” əməliyyat sistemini, yəni “Mac OS X”-ın 10.8 versiyasını təqdim edib. Bu əməliyyat sistemi sayəsində platforma “iPhone” və “iPad”-da quraşdırılan “iOS” mobil sistemi ilə daha da sıx inteqrasiya olacaq. Bu barədə şirkətin saytında bildirilib.

Tarix: 16/02/12 “Google” şirkəti 2012-ci ilin ikinci rübündə “Android 5.0” platformasını təqdim edəcək

“Jelly Bean” kod adı altında çıxış edən platforma 2012-ci ilin ikinci rübündə təqdim edilə bilər. “Google” şirkəti sanki yeni əməliyyat sistemini təxminən “Windows 8” ilə bir vaxtda və ya daha əvvəl elan etməyi planlaşdırır. İlkin məlumatlara görə, “Android 5.0” platformasında kompyuteri yenidən

Tarix: 10/02/12 “SUSE Linux” açıq əməliyyat sistemi 20 illiyini qeyd edir

“SUSE Linux” açıq əməliyyat sisteminin tərtibatçılar cəmiyyəti bu gün populyarlığa görə ikinci “Linux” distributivinin 20 illiyinin qeyd edilməsi ilə bağlı planları haqqında məlumat verib. Praktiki olaraq cari il ərzində davam edəcək kampaniya “SUSECon 2012” payız konfransında bitəcək.

Tarix: 10/02/12 Mobil əlavələrə sərf ediləcək xərclər 50 milyard dolları ötəcək

"Juniper Research" analitik şirkəti mobil proqram təminatı bazarı üzrə yaxın 4 il üçün proqnoz verib. Hesabatda qeyd edilib ki,

Tarix: 10/02/12 Tezliklə fayllar "bulud"da saxlanılacaq

"Google" bu yaxınlarda faylların şirkətin internet-serverlərində saxlanılması üçün nəzərdə tutulmuş "Drive" “bulud” xidmətini istifadəyə verəcək. "The Wall Street Journal" nəşri bildirib ki, xidmətdən pulsuz istifadə etmək mümkün olacaq, lakin böyük tutuma malik informasiyanı saxlamaq üçün pul ödəmək lazım olacaq.

Tarix: 09/02/12 Ən populyar proqramlaşdırma dili müəyyənləşib

"Java" proqramlaşdırma dilləri arasında liderliyini çətinliklə qoruyub saxlayır: "Tiobe" aylıq reytinqinin fevral buraxılışının məlumatına görə o, "Ci" dilini yalnız azacıq ötə bilib. Reytinqə əsasən, "Java" proqramlaşdırma dilindən 17,05% tərtibatçı (developer) istifadə edir.

Tarix: 09/02/12 "Microsoft" korporasiyası "OneNote" bloknotunun "Android" platforması üçün versiyasını çıxarıb

"Microsoft" korporasiyası " OneNote" bloknotunun "Android" əməliyyat sistemi ilə işləyən qurğular üçün versiyasını təqdim edib, korporasiyanın rəsmi bloqunda bildirilib. Mobil bloknotla iş üçün "Windows Live" xidmətində hesaba malik olmaq lazımdır.

Tarix: 09/02/12 "Windows 8" əməliyyat sisteminin açıq test üçün versiyası fevral ayının 29-da çıxacaq

"Microsoft" korporasiyası fevral ayının 29-da "Mobile World Congress" tədbirində "Windows 8" əməliyyat sisteminin açıq test üçün versiyasını təqdim edəcək,- şirkət nümayəndələrinə istinadən "TechCrunch" bildirib. Məlumat üçün qeyd edim ki, "Microsoft" korporasiyası "Windows 8"

Tarix: 08/02/12 Mobil əlavələr bazarı sayəsində ABŞ-da 466 min iş yeri yaranıb

Son 4 il ərzində mobil əlavələr sənayesi sayəsində ABŞ-da təxminən 466 min yeni iş yeri yaranıb. "TechNet" tədqiqatının nəticələri buna sübutdur. "AppleInsider" nəşrinin məlumatına görə, analitiklər "Android", "BlackBerry", "iOS", "Facebook" və "Windows Mobile/Phone"

Tarix: 08/02/12 “Windows” əməliyyat sistemi “Start” düyməsindən məhrum edilib

“Lenta.ru” saytının məlumatına əsasən, “Windows 8” əməliyyat sisteminin (ƏS) beta-versiyasında "Start" düyməsi olmayacaq. Bu barədə “Bloqqer Pol Tarrott” bildirib. 2011-ci ilin sentyabrında təqdim edilən “Windows 8” ƏS-nin ilk açıq versiyasında "Start" düyməsi var idi.

Tarix: 08/02/12 "Chrome" veb-səyyahının mobil versiyası istifadəyə verilib (VİDEO)

“Ria.ru” saytının məlumatına əsasən, "Google" şirkəti "Android 4.0" mobil əməliyyat sistemi ilə işləyən smartfon və planşetlər üçün "Chrome" veb-səyyahının mobil versiyasını istifadəyə verib. Bu barədə "Google"-un korporativ bloqu xəbər verib. 2008-ci ildə istifadəyə verilmiş "Google Chrome" veb-səyyahı aktiv şəkildə

Tarix: 06/02/12 "Windows Phone" hazırlamalar bölməsinin rəhbəri "Amazon"a gedib

"Windows Phone" hazırlamalar bölməsinin rəhbəri və "Microsoft" korporasiyasında inkişaf üzrə direktor Brendon Uotson "Amazon" internet-şirkətinə keçməyə hazırlaşır.

Tarix: 04/02/12 800 gündən sonra «Windows XP» hakerlərin hücumlarına açıq olacaq

«Microsoft»un «dünyaya gətirdiyi» «Windows XP» hələ ki, ən çox istifadə edilən əməliyyat sistemidir. «Net Applications»un hesabatı göstərir ki, sözügedən sistemin alıcısı artıb. Belə ki, bu ilin ilk ayında bazardakı satış payını 47,19-a yüksəldən «Windows XP»-nin ötən ilin dekabrında bu rəqəmi 46,52 olub.

Tarix: 03/02/12 “Ağıllı” telefon bazarında "Android" platforması liderdir

"ComScore" analitik şirkətinin 2011-ci ilin dördüncü rübü üzrə tədqiqatına əsasən, ABŞ-da smartfon istifadəçilərinin sayı 97,9 milyona qədər artıb. Bu göstərici keçən rüb 91.4 milyon təşkil edib. "Google Android" əməliyyat sistemi amerikalılar arasında ən populyar platforma olaraq qalır:








25 Aprel 2024

24 04 2024