bölmədə 1303 material var

Tarix: 16/01/12 “Samsung” iki əməliyyat sistemini birləşdirir

“Samsung” şirkəti öz “bada” mobil platformasını “Tizen” əməliyyat sistemi ilə birləşdirmək niyyəti haqqında bildirib. Bu barədə Koreya korporasiyasının vitse-prezidenti Te-Cin Kan bildirib. Onun sözlərinə əsasən, artıq bu prosesə başlanılıb, lakin işin nə vaxt bitəcəyi hələlik məlum deyil.

Tarix: 16/01/12 Müəllimlərin işə qəbulunun proqram təminatı təkmilləşdiriləcək

2009-2010-cu tədris ilindən müəllimlərin işə qəbulunda yeni qaydaların tətbiqinə başlayan Təhsil Nazirliyi prosesi bir qədər də təkmilləşdirəçək. Bu barədə ICT News Elektron xəbər xidmətinə nazirlikdən məlumat verilib. Belə ki, müəllimlərin işə qəbulu üzrə müsabiqələrin keçirilməsi məqsədilə

Tarix: 09/01/12 “Apple” “Microsoft”u “Windows Phone” əməliyyat sistemini hazırlamağa vadar edib

“Microsoft”un vitse-prezidenti Co Belfiore və ““Windows Phone” (WP) bölməsinin rəhbəri Terri Mayerson korporasiyanın “WM”-dan imtina etməsi və hazırlama səbəbi haqqında məlumat verib. Onların sözlərinə əsasən,

Tarix: 06/01/12 “Windows 8” əməliyyat sistemini baxış vasitəsi ilə idarə etmək olar (VİDEO)

“Windows 8” əməliyyat sistemini baxış vasitəsi ilə idarə etmək mümkün olacaq. Bu, “Microsoft” korporasiyası tərəfindən yaradılmış daxili funksiya deyil. Şirkət müasir texnologiyalar əsasında gözlərin hərəkəti ilə noutbuk və ya planşeti necə idarə etməyi göstərib.

Tarix: 05/01/12 “Android Market” kataloqundakı proqramların sayı 400000-i ötüb

Son rəsmi məlumatlara əsasən, “Android Market” onlayn-kataloqunda olan proqramların sayı 400000-i ötüb. Şəbəkə mağazaları və kataloqlarının analizi üzrə ixtisaslaşan “Distimo” şirkətinin məlumatına əsasən, kataloqdakı proqramların çoxu pulsuzdur. Hesabatda qeyd edilib ki, “Apple App Store” mobil əlavələrin sayına görə əvvəlki kimi liderlik edir.

Tarix: 30/12/11 “Android” mobil əməliyyat sistemi liderliyini saxlayır

“Google” şirkətinin “Android” mobil əməliyyat sistemi əvvəlki kimi Amerika bazarında liderlik edir. Bu barədə “comScore” şirkətinin yeni hesabatında qeyd edilib. Cari ilin dekabr ayında “Android”in payı 46,9% təşkil edib. “Apple” şirkətinin “iOS” əməliyyat sistemi 28,7% göstərici ilə ikinci yerdədir.

Tarix: 29/12/11 Amerika hərbçilərinə “Android” qurğulardan istifadə etməyə icazə veriblər

ABŞ-ın Müdafiə Nazirliyi Amerika hərbçilərinə “Android” əməliyyat sistemi ilə işləyən smartfon və planşetlərdən istifadə etməyə icazə verib. Xatırladaq ki, bundan əvvəl xidmət zamanı onlar yalnız “BlackBerry” ilə işləyə bilərdilər. Lakin bəzi məhdudiyyətlər də qoyulub.

Tarix: 28/12/11 “Windows Phone Marketplace”-də əlavələrin sayı 50 mini ötüb

“Windows Phone Marketplace” onlayn mağazasında 50 min əlavə olması üçün tərtibatçılara 14 ay müddət lazım olub,- “All About Windows Phone” yazıb. Son ay ərzində kataloqa hər gün orta hesabla 265 proqram əlavə edilib. Statistikaya əsasən, “WP”-smartfonlar üçün əlavələrin

Tarix: 27/12/11 “Windows 8” əməliyyat sisteminin yeni ekran görüntüləri

“Windows 8” əməliyyat sisteminin yeni ekran görüntüləri onun “CES 2012” sərgisinə yüksək hazırlıq görür. Qeyd edək ki, sərgidə yeni əməliyyat sisteminin beta-versiyası təqdim ediləcək. Çinin “PCbeta” texnologiya saytı internetdə “Windows 8” əməliyyat sistemi interfeysinin standart elementlərinin ekran görüntülərini dərc edib.

Tarix: 24/12/11 “AMD”-dən yeni qrafik sürətləndiricisi

Veb-mənbələrin məlumatına əsasən, “AMD” şirkəti tezliklə ikiprosessorlu “Radeon HD 7990” videoadapteri təqdim edəcək. Qrafik sürətləndiricinin əsasını yeni nəsil “Graphics Core Next Architecture” arxitekturası təşkil edəcək.

Tarix: 23/12/11 Avropada “Android”-in populyarlığı artır

“Kantar Worldpanel ComTech” analitik şirkətinin dərc etdiyi hesabata əsasən, “iPhone” smartfonları ABŞ-da populyardırlar. Lakin “Apple” şirkətinin məhsullarını Avropada rəqabətlə qarşılayırlar. Şirkətin hesabatı 2011-ci ilin sentyabr ayından noyabr ayının sonuna qədər olan dövrü əhatə edir.

Tarix: 21/12/11 Hər gün “Android” əməliyyat sistemi əsasında 700 min qurğu satılır

“Google” şirkəti uzun müddət “Android” mobil əməliyyat sistemi ilə idarə olunan smartfon satışlarının nəticələri ilə bölüşmürdü. Lakin mobil bölmənin baş vitse-prezidenti Endi Rubin (Andy Rubin) bildirib ki, dünyada hər gün 700 min “Android”-qurğu satılır. 2011-ci ilin iyul ayında bu göstərici 55 min təşkil edib.

Tarix: 20/12/11 “Adobe” şirkəti dördüncü rüb üzrə hesabat verib

Proqram təminatının ən böyük təchizatçılarından biri “Adobe” şirkəti dördüncü rüb üzrə maliyyə nəticələrini elan edib.“Adobe” şirkətinin mədaxili dördüncü rübdə 1,152 milyard dollar təşkil edib. Bu göstərici şirkətin şəxsi proqnozunu (1,075 mlrd-$1,125mlrd dollar) ötür. Analitiklərin proqnozu isə 1,086 milyard dollar idi.

Tarix: 20/12/11 Azərbaycanda proqramçılar məktəbi açılıb

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) proqramçılar məktəbi fəaliyyətə başlayıb. Bu barədə İTİ-nin məlumatında deyilir.

Tarix: 19/12/11 Google yeni səsli idarəetmə proqramı hazırlayır (VİDEO)

Veb mənbələrin məlumatına əsasən, Google şirkəti Android əsasında olan qurğular üçün yeni səsli idarəetmə proqramı hazırlayır.Layihənin “Majel” adlandırıldığı məlumdur. Majel faktiki olaraq iPhone smartfonları üçün Siri intellektual köməkçisinin analoqudur. Bu əlavə səs əmrləri vasitəsi ilə portativ qurğuları idarə etməyə imkan verir.








18 Aprel 2024

17 04 2024