bölmədə 2336 material var

Tarix: 17/03/15 “Microsoft” şirkəti LNK boşluğunu bağlayıb

“Microsoft” şirkəti “Stuxnet” “kompüter qurdu” tərəfindən istifadə edilən LNK boşluğu üçün yeni “yamaq” yaradıb.

Tarix: 16/03/15 ABŞ Dövlət Departamenti rus hakerlərindən mühafizə olunmaq üçün internet şəbəkəsini söndürüb

ABŞ Dövlət Departamenti rus hakerlərinin onun poçt serverinə tətbiq etdiyi ziyanverici proqram təminatını ləğv etmək məqsədi ilə onları söndürüb.
 

Tarix: 16/03/15 Azərbaycanda ilin əvvəlindən 375 sanksiyalaşdırılmamış insident qeydə alınıb

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin statistikasına əsasən, ölkədə fevral ayında 192 sanksiyalaşdırılmamış insident qeydə alınıb.

Tarix: 13/03/15 ABŞ insanları havadan izləyir

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Ədliyyə Nazirliyinin xüsusi bölməsi ilə birgə ölkə ərazisində mobil telefonların köməyi ilə onları maraqlandıran insanları tapmağa imkan verən texnologiya hazırlayıb. Bu haqda “The Wall Street Journal” (WSJ) qəzeti yazıb.

Tarix: 10/03/15 “WhatsApp” istifadəçiləri yeni virusa yoluxub

Fırıldaqçılar “WhatsApp” mobil tətbiq istifadəçilərinə proqramın masaüstü fərdi kompüter və ya noutbuk üçün versiyasını yükləməyi təklif edirlər.

Tarix: 06/03/15 Ötən il fərdi məlumatların oğurlanması 16 milyard dollar ziyan vurub

Fərdi məlumatların oğurlanması ilə məşğul olan kibercinayətkarlar 2014-cü ildə çoxlu istifadəçiyə hücum ediblər.

Tarix: 06/03/15 2014-cü il zərərli proqram təminatının sayına görə rekord il olub

İspaniyanın “Panda Security” informasiya texnologiyaları (İT) şirkəti tərəfindən bu həftə təqdim edilən hesabata görə, 2014-cü il zərərli proqram təminatının sayına görə rekord il olub. Belə ki, ötən il ekspertlər tərəfindən 75 milyon kompüter virus növü aşkarlanıb.

Tarix: 27/02/15 “Apple” və “Google” ABŞ xüsusi xidmətlərinə istifadəçilərinin məlumatlarına çıxış verirlər

“Apple” və “Google” şirkətləri ABŞ xüsusi xidmətlərinə şifrlənmiş məlumatlara öncədən quraşdırılmış çıxış imkanları təqdim etməyə məcburdurlar.

Tarix: 27/02/15 Avropol 3 milyon kompüteri yoluxduran botnetin işini dayandırıb

Avropol tərəfindən koordinasiya edilən Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin kibercinayətkarlıqla mübarizə üzrə bölməsi (The National Crime Agency’s National Cyber Crime Unit, NCCU) İtaliya, Niderland və Almaniya hüquq-mühafizə orqanları ilə birlikdə “RAMNIT” virusu əsasında yaradılan “C&C” botnet serverlərinin fəaliyyətini dayandırıb.

Tarix: 26/02/15 Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi “iPhone”da boşluq aşkar olunduğunu bildirib

Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi “Apple” şirkətinin istehsal etdiyi qurğularda “Masque Attack II (MA2)” boşluğunun aşkar olunduğunu bildirib.

Tarix: 25/02/15 “HP”: "Köhnə" boşluqlar kibertəhlükəsizliyə ən ciddi təhdiddir

“HP” şirkəti 2014-cü il üzrə kibertəhlükəsizlik haqda “Cyber Risk Report” hesabatını dərc edib. “HP Security Research” bölməsinin əməkdaşları təşkilatların təhlükəsizliyini təhlükə altına qoyan geniş yayılmış boşluqları araşdırıblar.

Tarix: 20/02/15 Yeni “Android” virus sönük smartfonları da izləyir

“AVG” analitik şirkəti “Android” mobil platforması üçün nəzərdə tutulmuş “Android/PowerOffHijack.A” adlı qeyri-adi virus haqda məlumat verib. Bu virus kamera və “GSM” modul daxil olmaqla smartfonun resurslarından istifadə edir.

Tarix: 19/02/15 “Secunia”: “Ekspertlər “Google Chrome” brauzerində 71 boşluq aşkar edib”

“Secunia” informasiya təhlükəsizliyi şirkətinin statistikasına əsasən, "Google Chrome” brauzerində 71 təhlükəsizlik problemi müəyyən olunub. Brauzer bu göstərici ilə 2015-ci ilin yanvarında aşkar olunan boşluqların sayına görə birinci yeri tutub.

Tarix: 19/02/15 500 min kompüterə zərər vurmuş “Blackshades” virusunun yaradıcısı öz təqsirini etiraf edib

“Blackshades” kompüter virusunun yaradıcısı Aleks Yusel məhkəmədə öz təqsirini etiraf edib.

Tarix: 18/02/15 ABŞ Hesablama Palatası: “Federal İT layihələrində milyardlarla büdcə vəsaiti boşuna xərclənir”

ABŞ Hesablama Palatası (U.S. Government Accountability Office, GAO) federal İT layihələrində ciddi problemlərin olmasını açıqlayıb.
 








19 Mart 2024

18 03 2024