bölmədə 1303 material var

Tarix: 13/09/11 “Microsoft” “Windows 8” əməliyyat sisteminin ilk açıq təqdimatını keçirəcək

Bu gün Kaliforniyada start verilən “Microsoft Build İT” konfransında “Windows 8” əməliyyat sisteminin ilkin versiyasının təqdimetmə mərasimi olacaq. Bu əməliyyat sisteminin relizi 1 il sonra baş tutacaq. Əməliyyat sistemi yalnız “x86” mikroprosessorlarında deyil, həm də “ARM” mobil çiplərində işləyəcək.

Tarix: 13/09/11 Yeni proqramlaşdırma dili hazırlanıb

“Google” şirkəti “Goto” (10 - 12 oktyabr; Orxus, Danimarka) konfransında “Dart” adlı yeni proqramlaşdırma dilini təqdim etmək niyyətindədir. “Dart” "strukturlaşmış veb-proqramlaşdırma" üçün nəzərdə tutulub. Dilin hazırlanmasında “Google” əməkdaşları Lars Bak və Qilad Braka iştirak ediblər.

Tarix: 10/09/11 “Windows 8” əməliyyat sisteminin işə salınma müddəti 8 saniyə olacaq (VİDEO)

“Microsoft” şirkəti “Windows 8” əməliyyat sistemi haqqında bəzi təfərrüatları bölüşməyə davam edir. Belə ki, dünən məlum olub ki, yeni əməliyyat sisteminin işə salınma müddəti daha sürətli olacaq. Yaradıcılar kompyuterin sönməsindən əvvəl yazılan elementlərin dəyişikliyi nəticəsində belə nəticəyə nail olublar.

Tarix: 09/09/11 “Android” platforması proqram yükləmələrinin sayına görə “iOS”-u ötəcək

“Ovum” analitik mərkəzi cari ilin sonuna “Android” platforması üçün proqram yükləmələrin ümumi sayının 8,1 milyarda çatacağını gözləyir. “iOS”-da analoji göstərici yalnız 6 milyarda bərabər olacaq. Beləliklə, 2011-ci ilin nəticəsinə əsasən “Android” platforması ilk dəfə olaraq proqram yükləmələrinin sayına görə öz əsas rəqibini ötə bilər.

Tarix: 09/09/11 “Windows 8” əməliyyat sistemi ilə olan planşet təqdim ediləcək

“Microsoft” korporasiyası “Samsung” şirkəti ilə əməkdaşlıq çərçivəsində planşet-kompyuter hazırlayır. Qurğu üçün proqram platforması kimi “Windows 8” əməliyyat sistemi seçilib. Məlumat üçün qeyd edək ki, əməliyyat sisteminin təqdimatı 2012-ci ilə nəzərdə tutulsa da,

Tarix: 08/09/11 Fərdi kompyuter istifadəçilərinin yarısı daim pirat proqram təminatı alırlar

Fərdi kompyuter istifadəçilərinin təxminən yarısı - 47 faiz proqram təminatlarını daim qeyri-qanuni yolla əldə edirlər. İnkişaf edən ölkələrdə bu göstərici əhəmiyyətli dərəcədə yüksəkdir. Proqram təminatı istehsalçılarının assosiasiyası (BSA) bu gün öz “BSA TechPost” rəsmi bloqunda tədqiqat nəticələrini dərc edib.

Tarix: 05/09/11 “Ubuntu 11.10” əməliyyat sisteminin ilk beta-versiyası çıxıb

“Canonical” şirkəti “Oneiric Ocelot” kimi tanınan “Ubuntu 11.10” əməliyyat sisteminin ilk beta-versiyasının çıxarılması haqqında məlumat verib. Yeni versiyada yaradıcılar “Dash” firma interfeysini əhəmiyyətli dərəcədə təkmilləşdiriblər.

Tarix: 26/08/11 “Samsung” şirkəti yeni mobil əməliyyat sistemi təqdim edib

“Samsung” şirkəti “bada” adlı mobil əməliyyat sisteminin ikinci versiyasını təqdim edib. Yeni versiyada çoxfunksiyalılıq, “HTML 5” kodunun dəstəklənməsi imkanları, eləcə də tərtibatçılar üçün reklam platforması əlavə olunub.

Tarix: 25/08/11 “Linux” əməliyyat sisteminin 20 illik uğurları

“Linux” əməliyyat sistemi 2011-ci ildə öz yubileyini qeyd edir. Düz 20 il əvvəl, 1991-ci il avqust ayının 25-də Linus Torvalds yeni əməliyyat sistemi yaratdığını dünyaya elan edib. “Linux” əməliyyat sisteminin 20 illik yolunu qiymətləndirmək üçün,

Tarix: 24/08/11 “Windows XP” əməliyyat sisteminin 10 yaşı tamam oldu

“Microsoft” şirkəti düz 10 il əvvəl “Windows XP” əməliyyat sisteminin ilk surətlərinin tədarükünə başlayıb. Arxada qalan 10 il ərzində bu əməliyyat sistemi çox məşhur olub.

Tarix: 24/08/11 Mobil əməliyyat sistemi üçün 30 mindən çox proqram hazırlanıb

“Microsoft” şirkəti “Windows Phone” mobil əməliyyat sistemi üçün hazırlanan proqramların sayının 30 mini ötdüyünü bildirib. Analitiklər qeyd ediblər ki, cari ilin mart ayı ilə müqayisədə əhəmiyyətli sıçrayış qeydə alınıb. Həmin vaxt “Windows Phone”

Tarix: 24/08/11 “Microsoft”: “Windows 8” “USB 3.0” texnologiyası ilə işləyəcək

“Microsoft” şirkəti “Windows 8” əməliyyat sistemində “USB 3.0” texnologiyasını tam dəstəkləyəcəyinə söz verib. Bu gün “Microsoft Building Windows 8” bloqunda rəsmən növbəti əməliyyat sistemində yeni yüksəksürətli standartın dəstəyi üzərində işlənildiyi bildirilib. Qeyd edək ki, “USB 3.0” standartı 2008-ci ildə təqdim edilib.

Tarix: 23/08/11 Ən çox istifadə olunan əməliyyat sistemləri

“NPD Group” şirkəti Amerika bazarında smartfonlar üçün əməliyyat sistemlərinin payını hesablayıb. Məlum olub ki, 2011-ci ilin ikinci rübündə ABŞ-da satılmış smartfonların 52%-nə “Google Android” mobil platforması quraşdırılıb. Müqayisə üçün qeyd edək ki,

Tarix: 23/08/11 “Microsoft” istifadəçilərə lazımi məkanları tapmağa kömək edəcək

“Microsoft” şirkəti öz “Windows Phone” mobil platforması üçün yeni proqramını təqdim edib. “We're in” adlanan proqram tanınmış “Foursquare” xidməti ilə oxşarlığa malikdir. Belə ki, proqram istifadəçiyə məskunlaşdığı və olduğu yeri göstərməyə və hərəkət qrafikini dostlarla bölüşməyə icazə verir.

Tarix: 22/08/11 Cənubi Koreya şəxsi mobil əməliyyat sistemini hazırlamaq niyyətindədir

Cənubi Koreya açıq kodla olan şəxsi mobil əməliyyat sistemini hazırlamaq niyyətindədir. Hökumətdən bildiriblər ki, bu əməliyyat sisteminin yaradılması məqsədi “Apple” və “Google” kimi qlobal rəqiblər fonunda yerli smartfon istehsalçılarının rəqabətə davamlılıq səviyyəsini saxlamaqdır. Bu barədə bu gün Cənubi Koreyanın İqtisadiyyat Nazirliyindən bildiriblər. Məlumat üçün qeyd edək ki,








16 Aprel 2024

15 04 2024