bölmədə 2336 material var

Tarix: 08/01/15 Hakerlər “Bitstamp” bitkoin birjasından beş milyon dollar oğurlayıblar

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, hakerlər “Bitstamp” bitkoin birjasının istifadəçilərindən 19 minə yaxın bitkoin mənimsəyiblər. Bu da hazırkı məzənnə ilə beş milyon dollara bərabərdir.

Tarix: 05/01/15 Aparıcı şirkətlərin smartfonları məlumatların mühafizəsi haqqında qanunu pozmur

Tayvan hökumətinin mümkün izləmə ilə bağlı narahatlığı fonunda başlayan araşdırmanın nəticələrinə görə, ölkənin sahə üzrə tənzimləyici orqanı iri şirkətlərin smartfonlarında məlumatların məxfiliyi haqqında qanunun pozulması hallarını aşkar etməyib.
 

Tarix: 05/01/15 Hindistan hakimiyyəti 30-dan çox saytı bloklayıb

Hindistan hakimiyyəti ötən ilin sonunda ölkədə çox populyar olan 32 saytı bloklamaqla bağlı qərar qəbul edib. Sözügedən saytların bloklanması onlarda Hindistan əleyhinə materialların yerləşdirilməsi ilə izah edilib.

Tarix: 05/01/15 Gözün qüzehi qişasını skan edən yeni smartfon nümayiş etdirilib

Kənar şəxslərdən qorumaq üçün barmaq izi və ya rəqəmli parol əvəzinə gözün qüzehli qişasının skan edilməsindən istifadə edən ilk smartfon nümayiş etdirilib. Xüsusi ötürücü yalnız ona baxmaqla telefonu blokdan çıxarmağa imkan verəcək.

Tarix: 27/12/14 Hakerlər “Slon” saytı üzərindən virus yayıblar

Hakerlər “Slon” internet nəşrinin saytını sındıraraq onun üzərindən virus yayıblar.

Tarix: 25/12/14 Azərbaycan Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi növbəti xəbərdarlığını edib

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi “Torrentlocker” zərərverici proqramının yeni versiyasının aşkar olunması ilə bağlı əhaliyə xəbərdarlıq edib.
 

Tarix: 24/12/14 Əfqanıstanın dövlət saytları kiberhücumlara məruz qalıb

“Threat Connect Intelligence Research Team” (TCIRT) təşkilatının mütəxəssisləri Əfqanıstanın kontentin çatdırılması üzrə yeganə şəbəkəsinin zərərli "Java” proqramının bütün rəsmi hökumət saytları vasitəsilə yaymaq məqsədilə "XSS” hücuma məruz qalmasını bildiriblər.

Tarix: 19/12/14 Virusdan yarım milyon dollar qazandılar

2015-ci ilin nəticəsinə görə, “TorrentLocker” virusu istifadəçilər üçün ən təhlükəli viruslardan biri olub. Hətta bu virusun antivirusun köməyi ilə silinməsi kompüterdəki faylların bərpasına kömək etmir. Çünki virus faylları etibarlı şəkildə şifrləyir və yalnız bir neçə yüz dollar əvəzində parol təklif edir.

Tarix: 19/12/14 İnternetdə ən təhlükəli kibertəhdidlər haqqında resurs istifadəyə verilib

“Kasperski laboratoriyası” şirkəti “Məqsədli kiberhücumların xronikası” adlı resurs istifadəyə verib. Saytda istifadəçilər internet məkanında bütün mürəkkəb məqsədli hücumlar ilə bağlı informasiya əldə edə bilərlər.

Tarix: 19/12/14 Tədqiqat: hər beşinci avropalı heç vaxt internetdən istifadə etməyib

"Yevrostat"ın dərc etdiyi statistik araşdırmaya əsasən, Avropanın 16-74 yaş aralığında hər beşinci sakini heç vaxt internetdən istifadə etməyib.

Tarix: 18/12/14 “Symantec”: “Spam məktubların sayı xeyli artıb”

“Symantec” şirkəti müxtəlif zərərli saytlara linklərin olduğu spam məktubların sayının artmasını açıqlayıb. Belə ki, cari ilin noyabrında belə məktubların sayı oktyabrdakı 7 faizlə müqayisədə 41 faizədək artıb.

Tarix: 18/12/14 “ICANN” kiberhücuma məruz qalıb

“Internet Corporation for Assigned Names and Numbers” (ICANN - internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) korporasiyası kiberhücuma məruz qalmasını rəsmən bəyan edib.

Tarix: 17/12/14 Azərbaycanda sanksiyalaşdırılmamış insidentlərin sayı azalmaqda davam edir

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi  Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin statistikasına əsasən, ölkədə bu ilin noyabr ayı ərzində 149 sanksiyalaşdırılmamış insident qeydə alınıb.

Tarix: 16/12/14 “Facebook” istifadəçiləri virusa "yolux"du

“Facebook” sosial şəbəkəsinin istifadəçiləri kütləvi virus göndərmələri haqda məlumat verib. Məlumata əsasən, bu gün istifadəçilərin sosial şəbəkə hesabına bağlanmış elektron poçt qutusuna, həm də şəxsi mesaj kimi virusa yoluxmuş məktublar göndərilib.
 

Tarix: 16/12/14 ETM elektron poçtdan təhlükəsiz istifadə qaydalarını açıqladı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə elektron ünvanlar və e-məktublarla bağlı növbəti tövsiyələrini verib.








19 Mart 2024

18 03 2024