Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fatmayı kəndində rəqəmli TV avadanlığı qurulub


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Teleradio”İstehsalat Birliyi Bakıda və Abşeron yarımadasında daha keyfiyyətli rəqəmli yayımın təşkil olunması üçün tədbirlər həyata keçirir. Bu barədə  “İCTnews” elektron xəbər xidmətinə  “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov bildirib.
Onun sözlərinə görə, bu məqsədlə  Fatmayı kəndindəki telestansiyada yeni rəqəmli TV avadanlığı qurulub.

Qeyd edək ki, həyata keçirilən işlərin birinci mərhələsi kimi bütün Azərbaycan ərazisi rəqəmli yayımla əhatə olunub. İkinci mərhələdə isə aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq yayımın daha da gücləndirilməsi məqsədilə əlavə tədbirlər həyata keçirilir ki, Fatmayı kəndində qurulan yeni avadanlıq da bu işlərin tərkib hissəsidir.  




RƏVAN





25/02/12    Çap et