Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Skeytbord fikirlə idarə olunur (VİDEO)


Skeytbord fanatları bu icada bəlkə də inanmadılar, amma icad gerçəkdir və artıq mövcuddur. "Chaotic Moon Labs" laboratoriyası fikirlə idarə olunan skeyt hazırlayıb.

"Board Of Imagination" ("Təxəyyül yeri") adlanan skeyt onu idarə edənin beynindən aldığı siqnallar vasitəsilə hərəkət edir.

800 vatt-lıq elektrik mühərriki ilə təchiz edilmiş skeyt 48 km/saat sürətlə şütüyə bilir.
Beyindən verilən siqnallar "Windows 8" əməliyyat sistemli "Samsung" planşet kompyuterinə ötürülür və həmin kompyuter də skeyti idarə edir. Siqnalların ötürülməsi "Natty" adlı qarnitur vasitəsilə həyata keçirilir.








GÜLNAR




27/02/12    Çap et