Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows Phone” platforması üçün “Skype”-ın test versiyası istifadəyə verilib (VİDEO)


“İCTnews” elektron xəbər xidməti “onliner.by” resursuna istinadən xəbər verir ki, “Microsoft” korporasiyası bazar ertəsi, fevral ayının 27-də “Windows Phone” platforması üçün “Skype”-ın test versiyasını istifadəyə verib. Daha geniş funksional imkanlara malik olacaq tam versiyanın çıxarılması aprel ayına planlaşdırılıb. Beta-versiya vasitəsi ilə “3G”, “4G” və “Wi-Fi” şəbəkələrində səs və videozənglər etmək mümkündür.













 
EMİL
 





27/02/12    Çap et