Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple iPad 2” planşeti üçün “Photoshop Touch” qrafik redaktoru hazırlanıb


“İCTnews” elektron xəbər xidməti “lenta.ru” resursuna istinadən xəbər verir ki, Amerikanın “Adobe Systems” şirkəti “Apple iPad 2” planşeti üçün “Photoshop Touch” qrafik redaktorunu hazırlayıb. Bundan əvvəl proqram yalnız “Android” əməliyyat sistemində işləyirdi.

“Adobe” şirkəti bildirib ki, “iPad” planşeti üçün hazırlanmış “Photoshop Touch” əlavəsi, demək olar ki, fərdi kompyuterlərdə istifadə edilən “Photoshop” proqramının bütün imkanlarına malikdir.

“Photoshop Touch” qrafik redaktoru yalnız “iPad 2” planşeti və “iOS 5” platformasında işləyir. Proqramda bir sıra məhdudiyyətlər var: məsələn, 1600x1600 piksel təsvir ölçüsündən böyük şəkli redaktə etmək olmaz.
 “App Store” mağazasında əlavənin qiyməti 9.99 dollar təşkil edir.
 




EMİL
 
 





27/02/12    Çap et