Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia”dan fantastik smartfon


“İCTnews” elektron xəbər xidməti “onliner.by” resursuna istinadən xəbər verir ki, “Nokia” şirkəti 41 meqapikselli kameraya malik “808 PureView” smartfonunu təqdim edib. Qurğu “Nokia Belle” (əvvəlki “Symbian”) əməliyyat sistemi ilə işləyir və 1,3 QHs takt tezlikli birnüvəli prosessor, 4 düymlü 360x640 piksel təsvir ölçülü ekran və 512 MB əməli yaddaş ilə təchiz edilib.

“Nokia 808 PureView” smartfonu, həmçinin 16 QB daxili yaddaş, “microSD” slotu, akselerometr, 1400 mA/saat tutumlu akkumulyator, “NFC”, “Bluetooth 3.0”, “GPS” və “Wi-Fi” modulları ilə təchiz edilib.

Smartfonun ölçüləri 124×60×13,9 mm (kamera yerləşən hissədə qalınlıq 18 mm-ə qədər artır), çəkisi isə 169 qr təşkil edir. 450 avro dəyərində olan qurğunun satışları yazın sonunda başlayır.



 
EMİL





27/02/12    Çap et