Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BTRİB yeni tikilən binaları rabitə şəbəkəsi ilə təmin edir


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi yeni tikilən binaların sakinlərinin rabitə şəbəkəsinə olan tələbatını təmin etmək məqsədilə yeni elektron ATS-lər quraşdırıb.

Nizami Telefon Qovşağının rəisi Mirbaba Babayevin “İCTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə, ötən ilin sonunda 374/375/376 saylı ATS-in xidmət ərazisində Babək-94 ünvanında yeni inşa olunan binanın sakinlərini  telefon rabitəsi ilə təmin etmək üçün tutumu 860 nömrə, ADSL port tutumu 192 port olmaqla yeni müasir tipli NGN ATS-i əhalinin istifadəsinə verilib.

“Bundan əlavə, ATS-371/372/373-ün xidmət ərazisində Sadıqcan-İ.Zülfüqarov küçələrinin kəsişməsində  yeni tikilən binanın sakinləri üçün tutumu 512 nömrə olan yeni ATS quraşdırılaraq istifadəyə verilib” -  Babayev qeyd edib.
 


CAHANGİR





27/02/12    Çap et