Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Toshiba” şirkəti nazik “AT270” dördnüvəli planşeti təqdim edib


“İCTnews” elektron xəbər xidməti “onliner.by” resursuna istinadən xəbər verir ki, Yaponiyanın “Toshiba” şirkəti “MWC 2012” sərgisində “AT270” planşetini təqdim edib. Aparat “NVIDIA Tegra 3” platformasında hazırlanıb və “Android 4.0 Ice Cream Sandwich” əməliyyat sistemi ilə işləyir. Qurğu 1280×800 piksel təsvir ölçülü 7.7 düymlü “Super AMOLED” ekranı ilə  təchiz edilib.

“SlashGear” resursu qeyd edib ki, bu planşet ən yüngül və nazik  planşetlərdən biridir. Sərgi ziyarətçilərinin sözlərinə görə, planşet çox parlaq və keyfiyyətli ekrana malikdir.

Planşet 1 QB əməli yaddaşa və “microSD” slota malikdir. “Toshiba” şirkəti  hələlik “AT270” planşetinin satışa çıxarılma tarixi və qiymətini bildirməyib.


 
EMİL
 
 
 





28/02/12    Çap et