Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fləş kart ölçüsündə kompyuter


“İctNews” elektron xəbər xidməti “onliner.by” resursuna istinadən xəbər verir ki, “FXI” şirkəti Barselonada keçirilən “MWC 2012” sərgisində fləş kart ölçüsündə olan “Cotton Candy” kompyuteri təqdim edib.

Kompyuterin çəkisi 21 qramdır. Kompyuter 1.2 QHs (qiqahers) takt tezlikli ikinüvəli “ARM Cortex A9” prosessoru ilə təchiz edilib. “Cotton Candy” kompyuteri monitor və televizora ”HDMI” və ya “USB” portları vasitəsilə qoşula bilər.

Qurğu, həmçinin “Wi-Fi” moduluna, mikro “USB” portuna malikdir. Əməliyyat sistemi kimi “Android 4.0”, həm də “Ubuntu Linux” quraşdırıla bilər,- “The Verge” xəbər verib. “Cotton Candy” kompyuterinin qiyməti 199 dollar olacaq.




 
EMİL





29/02/12    Çap et