Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft”un vitse-prezidenti şirkəti tərk edir


“Microsoft”un Strategiya və əməkdaşlıq üzrə vitse-prezidenti Xenk Viqil (Hank Vigil) şirkəti tərk edir. Səbəb isə startap bazarında investisiyalar və məsləhətləşmələrə diqqəti yönəltməkdir. Bu barədə “All Things D” xəbər verib. Xenk şirkətdə 25 il işləyib və payızdan başlayaraq, “Microsoft”un strateji məsləhətçisi olacaq.
Son zamanlar Viqil bilavasitə Stiv Balmerlə işləyib. O, istehsalçılar və media, internet-şirkətlər və telekommunikasiya şirkətləri ilə əməkdaşlıq, investisiyalar və başqa sazişlərin strategiyalarını hazırlayıb və nizama salıb. Bu mövqedə olarkən o , “Facebook”, “Nokia”, “News Corp.” və digər şirkətlərlə əməkdaşlıq edib.




04/07/11    Çap et