Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq Telekommunikasiya İttifaqı işçi axtarır


Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) bir sıra vakansiyaların tutulması üçün elan verib. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, təklif olunan vakansiyalar, müraciət müddəti, tələb olunan ixtisaslar və digər faydalı məlumatlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi internet səhifəsinin “Vakansiyalar” bölməsində yerləşdirilib.

Qeyd edək ki, İTU Birləşmiş Millətlər Təşkilatının informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində xüsusi təsisatıdır.

Təşkilat qlobal miqyasda radiotezlik spektrini və peyk orbitlərini paylaşdırır, şəbəkə və texnologiyaların səmərəli qoşulması imkanını təmin edən texniki standartlar hazırlayır və bütün dünyada İKT-yə çıxışı yaxşılaşdırmağa səy göstərir.


SEYMUR




29/02/12    Çap et