Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 8” əməliyyat sisteminin beta versiyası çıxıb


“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Microsoft” korporasiyası yeni “Windows 8” əməliyyat sisteminin beta-versiyasını açıq girişdə yerləşdirib. Hazırda “x86” prosessorlarına uyğunlaşdırılmış “Windows 8 Consumer Preview” quraşdırmasını yükləmək mümkündür.

Platformanın final çıxışı anına kimi, həmçinin “ARM” çiplər üçün uyğunlaşdırılmış və planşetlər üçün nəzərdə tutulmuş versiyası çıxacaq.

Məlumat üçün bildirim ki, “Windows 8” əməliyyat sistemində “Metro” istifadəçi interfeysi reallaşdırılıb. Digər yeniliklər sırasında “ReFS” fayl sistemi, “SkyDrive” "bulud" xidməti ilə sıx inteqrasiya, əlavələrin onlayn-mağazası, “İnternet Explorer 10” veb-səyyahı və s. kimi yeniliklər var.


 
EMİL
 





01/03/12    Çap et