Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sağlamlıq kartlarının təcili tibbi yardım maşınlarında oxunması üçün sınaqlar aparılacaq


Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan “Vətəndaşların Elektron sağlamlıq kartı”nın yaxın zamanlarda təcili tibbi yardım maşınlarında oxunması üçün sınaqlar aparılacaq. Bu barədə “İCTnews” Elektron xəbər xidmətinə sözügedən nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə məlumat verib.

Onun sözlərinə görə, kartların belə oxunması xəstələrə daha operativ yardım göstərilməsinə imkan verəcək: ”Kartda olan informasiyalar xəstəxanaların qeydiyyat şöbələrində, laboratoriyalarda oxunmaqla yanaşı, yaxın gələcəkdə təcili tibbi yardım maşınlarında, apteklərdə və s. kompyuterlərə qoşulmuş xüsusi qurğular vasitəsilə də oxuna və dəyişdirilə biləcək. Ümumiyyətlə, kartların sayı artdıqca onların tibbi yardım maşınlarında istifadə olunması üçün bu yaxınlarda sınaqlar aparılacaq.

Nəzərdə tutulur ki, tibbi yardım maşınlarında təchiz edilmiş elektron oxuyucularla elektron kartların oxunması mümkün olsun. Məqsəd internet olmayan yerdə, kompyuterin şəbəkəyə qoşulmadığı zaman, bazadan məlumatların oxunmasının mümkün olmadığı şəraitdə kartların üzərindəki çiplər vasitəsilə onların oxunmasıdır”.



HƏQİQƏT
 





01/03/12    Çap et