Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Kabel” TV regionlar üzrə yayımı genişləndirir


Abunəçilərə yüksək keyfiyyətli rəqəmsal televiziya proqramları təqdim edən “Ailə” TV artıq  Gəncə  və ətraf ərazilərdə yayımı genişləndirib. Bu istiqamətdə həyata keçirilən test yayımları uğurlu olub.

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, hazırda “Ailə” TV yayımında  9 paket rejimi  və 20 radiostansiyadan ibarət paket  mövcuddur. Ümumilikdə rəqəmsal yayım 155-dən çox baxımlı kanallardan ibarətdir.

 Şirkət abunəçilərinə Azərbaycanda analoqu olmayan CAM-modullar təklif edir. Bu modula sahib olarkən abunəçilər  heç bir kabel və avadanlıqdan istifadə olunmadan analoq, rəqəmsal və “HD” televiziyanı birbaşa izləmək imkanı var. Qeyd edək ki, texnologiyanı yeni nəsil “LED”, “LCD” və plazma televizorlar dəstəkləyir.




RƏVAN
    






01/03/12    Çap et