Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha ucuz qiymətə “iPad 2”


“Apple” şirkəti 2012-ci ilin mart ayının 7-si tarixində üçüncü nəsil “iPad” planşetinin təqdimatı ilə yanaşı, 8 Qiqabayt daxili yaddaşa malik “iPad 2” planşetinin büdcəyə uyğun versiyasını təqdim edəcək. Bu barədə elektron komponent təchizatçılarına istinadən “DigiTimes” saytı bildirib.

Hazırda “iPad 2” planşeti 16, 32 və ya 64 QB tutuma malik daxili yaddaşla satılır.
Məlumat üçün qeyd edim ki, hazırda “iPad” qurğuları planşet kompyuter bazarının  təxminən 60%-nə nəzarət edir.





 
EMİL





01/03/12    Çap et