Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azercell”dən “Portal 111” xidməti


“Azercell Telekom” bu dəfə də ənənəsinə sadiq qalıb. Şirkət abunəçiləri üçün yeni “Portal 111” xidmətini istifadəyə verib. Bu xidmət sayəsində “Azercell” abunəçiləri telefonlarından *111#YES (OK) komandasını yığaraq “Portal 111”-ə pulsuz daxil olub, müxtəlif “Azercell” xidmətlərindən istifadə edə bilərlər.

“Portal 111”-in daxilində abunəçilər 1-9 düymələrindən istifadə edərək müxtəlif kateqoriyaları seçə bilərlər. Həm “Fakturalı”, həm də “SimSim” xətt abunəçiləri “Portal 111”-in ümumi menyusuna daxil olaraq, orada göstərilən xidmət siyahısından onlara uyğun olan xidmətləri seçə biləcəklər.

Məlumat üçün bildirək ki, “Portal 111” komandasının köməkliyi ilə “SimSim” xətt abunəçiləri “Simkredit”, “Günlük Gizlətcell”, “Rominq” xidməti, SMS paketləri, MMS paketləri, mobil internet paketləri, balans haqqında məlumat və Yardım xidmətlərindən istifadə edə biləcəklər.

Eyni zamanda “Azercell” “Fakturalı” xətt abunəçiləri də, “Günlük Gizlətcell”, SMS paketləri, MMS paketləri, mobil internet paketləri, Balans haqqında məlumat və Yardım xidmətlərindən yararlana bilərlər. Beləliklə, siz artıq heç bir açar sözü və ya qısa nömrə yadda saxlamadan “Azercell” xidmətlərini “Portal 111”-də sifariş edib faydalana bilərsiniz.

Xatırladaq ki, “Azercell Telekom” Azərbaycanda ilk dəfə olaraq “Onlayn” müştəri xidmətlərini və  eyni zamanda “Facebook” sosial şəbəkəsindən istifadə edən abunəçiləri üçün  xüsusi müştəri proqramını istifadəyə verib.





02/03/12    Çap et