Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN “Rəqəmli” TV ilə bağlı təlimat hazırlayır


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Rəqəmli” televiziya ilə bağlı geniş təlimat hazırlayır.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə nazirliyin Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin baş mütəxəssisi Qulam Abdullayev məlumat verib. Onun sözlərinə görə, hazırlanan təlimat daha geniş şəkildə olmaqla vətəndaşlar üçün “Rəqəmli” TV ilə bağlı bütün məlumatları özündə əks etdirəcək.

Burada “Rəqəmli” TV xidmətinə qoşulmaq və ondan istifadə qaydaları ardıcıllıqla olmaqla hər bir detal barədə açıqlamalar veriləcək. Q.Abdullayev təlimatın yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəyini söylədi.




03/03/12    Çap et