Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy S II” smartfonları üçün yeniləmə paketi çıxarılacaq


“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Samsung” şirkətinin İsrail bölməsi bildirib ki, “Galaxy S II” smartfonları üçün “Android 4.0” versiyasına qədər yeniləmə paketi mart ayının 15-də çıxarılacaq. Lakin bu yeniləmə paketi yalnız İsrail ərazisində satın alınmış aparatlara aiddir.

Bundan əlavə, keçən həftənin cümə günü internetdə yayılmış məlumatlara əsasən, “Galaxy S III” smartfonunun relizi aprel ayında olacaq.

Koreya şirkəti bu şayiələrə dərhal reaksiya verdi və “Twitter” xidmətindəki bloqunda yazdı ki, bu informasiya həqiqətə uyğun deyil.




EMİL



 





05/03/12    Çap et