Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Poçtdan “Azercell” abunəçilərinə sevindirici xəbər


Ucqar rayonlarda da “Azercell” danışıq və abunə haqlarının poçt şöbələrində qəbuluna başlanılıb. Bu barədə bizə məlumat verən “Azərpoçt”MMC-nin baş direktor müavini Sübhan Kazımov bildirdi ki, həyata keçirilən tədbirlər nəticəsində Qazax, Ağstafa, Gədəbəy, Lerik, Yardımlı, Masallı, Lənkəran PF-lərində “Azərcell”MMC-nin abunəçilərindən xidmət haqlarının qəbulu təşkil edilib. S.Kazımov daha sonra bildirdi ki, bəzi rayonlarda da xidmətin təşkil edilməsi ilə bütün respublikanın poçt şöbələrində şirkətin xidmət haqlarının qəbulu mümkün olacaq. Qeyd edək ki, bir neçə il öncə bütün PF-lərdə “Bakcell”MMC-nin abunəçilərindən xidmət haqlarının qəbulu təşkil edilib.




05/07/11    Çap et