Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“.az” domen zonasında 13 mindən çox domen adı qeydiyyatdan keçib


"İCTnews" elektron xəbər xidməti Whois.az saytına istinadən xəbər verir ki, 2012-ci il mart ayının 5-i tarixində ".az" domen zonasında 13659 domen adı qeydiyyatdan keçib.

İlin əvvəlindən ləğv olunan domenlərin sayı 492, qeydiyyata düşən domenlərin sayı isə 1053-ə bərabərdir. Domenlərin böyük əksəriyyəti ".az" (12596) domeninin payına düşür.



Həmçinin 614 ".com.az" domeni qeydiyyatdan keçib. Sonrakı yerlər aşağıdakı kimidir:
  1. .pro.az       4 
  2. .name.az   5 
  3. .biz.az       14
  4. .info.az      21 
  5. .co.az        29 
  6. .pp.az        42
  7. .int.az        44
  8. .net.az       55
  9. .org.az       91
  10. .edu.az     138

".mil.az", ".samux.az", ".zaqatala.az", ".ganja.az", ".shamaxi.az" və ".imishli.az" zonalarında hərəsində cəmi 1 domen adı qeydiyyatdan keçib.

Məlumat üçün bildirim ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (İnternet Corporation For Assigned Names and Numbers, İCANN) 1993-cü il avqust ayının 25-i tarixində ".az" domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.

Hazırlayıb: EMİL




05/03/12    Çap et