Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tacikistanda “Facebook” sosial şəbəkəsinə çıxış məhdudlaşdırılıb


Tacikistanda bəzi internet saytlarına, həmçinin "Facebook" sosial şəbəkəsinə çıxış imkanının olmaması texniki problemlərlə bağlıdır.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, Tacikistanın rabitə xidmətinin rəhbəri Beqa Zuxurova problemlərin yaxın vaxtlarda həll ediləcəyini bildirib. "Asiya-Plyus" internet-nəşri xəbər verir ki, şənbə günü səhər bir sıra internet-provayderlər bir neçə sayta, həmçinin "Facebook" sosial şəbəkəsinə çıxış imkanını məhdudlaşdırıblar.

Bazar ertəsi isə bu saytlara çıxış imkanı bütün internet-provayderlər tərəfindən blok edilib. Beqa Zuxurov saytların rabitə xidməti tərəfindən yazılı və ya şifahi xəbərdarlığı əsasında bağlanıldığı faktını təkzib edib. "Bizim tərəfimizdən provayderlərə heç bir xəbərdarlıq olmayıb" - o bildirib.

Hazırda Tacikistanda "Facebook" istifadəçiləri sosial şəbəkəyə çıxış əldə etmək üçün digər yollardan istifadə edirlər.

EMİL




05/03/12    Çap et