Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AZ-EVRO TEL” MMC abunəçilərə pulsuz modem verir


"AZ-EVRO TEL" MMC-dən verilən məlumata görə, yeni sənədləşən və azı 1 (bir) il ərzində MMC-nin internet ADSL xidmətindən istifadə edən abunəçilərə Tenda D820R ADSL2+ (1 port) tipli modem pulsuz verilir və instalyasiya edilir.

Həmin güzəştdən istifadə edən və 1 (bir) ildən tez «AZ-EVRO TEL» MMC-nin internet ADSL xidmətindən imtina edən abunəçi qeyd olunan modemi işçi vəziyyətdə geri qaytarmalıdır.

Qeyd edək ki, kampaniya 31.03.2012-ci il tarixinədək davam edəcək.


CAHANGİR




05/03/12    Çap et