Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin sakini 25 milyardıncı əlavəni yüklədiyinə görə mükafat alıb


"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, "Apple" şirkətinin "iTunes Store" internet-mağazasında satınalmalar üçün hədiyyə kartı Çin sakini Çunli Fuya qismət olub. Belə ki, o, bu mağazanın "AppStore" bölməsindən 25 milyardıncı əlavəni yükləyən şəxsdir. Bu barədə "Apple" şirkəti xəbər verib.

Məlumat üçün bildirim ki, "AppStore" əlavələr internet-mağazası 2008-ci ildə istifadəyə verilib. İnternet-mağazada "iPhone" smartfonu, "iPad" planşet kompyuteri və "iPod touch" multimedia pleyerləri üçün 550 mindən çox pullu və pulsuz proqram var.
 





EMİL
 






06/03/12    Çap et