Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” brendləri optimallaşdıracaq


"Twitter" mikrobloqlar xidməti cari ilin sonuna kimi brendlərin hesablarını optimallaşdırmağı planlaşdırır.
"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, "AdAge" mənbələrinin məlumatına görə, brendlər tvitlərində 140 simvoldan əlavə elektron ticarətin inteqrasiya edilmiş elementlərini, müsabiqələri və totalizatorları yerləşdirmək mümkün olacaq.

Qeyd edim ki, "Twitter" mikrobloqlar  xidməti brendlərin rəsmi hesabları üçün yenilənmiş dizayn və funksionalı 2011-ci ilin dekabr ayında istifadəyə verib.

"Twitter" nümayəndələri xidmətin optimallaşdırılması planları haqqında yayılmış informasiyaya şərh verməkdən imtina ediblər.

"EMarketer" analitik şirkətinin məlumatına görə, "Twitter" xidmətinin mənfəəti 2012-ci ildə 259,9 milyon dollar təşkil etməlidir.
 
EMİL
 





09/03/12    Çap et