Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“eBay” şirkətinin vitse-prezidenti həlak olub


 “eBay” şirkətinin idarəetmə qrupunun üzvlərindən biri, vitse-prezident Erik Salvaterra həlak olub. Bu barədə “San Francisco Chronicle” məlumat verib.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, hadisə cümə günü, səhər saat 9:30 radələrində baş verib. Nəşr yazıb ki, Salvaterranı sərnişin qatarı vurub. Cəsəd yalnız bazar günü tanınıb. Hadisənin səbəbləri araşdırılır. Mərhumun 39 yaşı var idi.

“The Huffington Post” qeyd edib ki, top-menecer son 5 il ərzində “eBay” şirkətində çalışıb. O, şirkətdə “PayPal” ödəmə xidməti, müştərilərin müdafiəsi və əməliyyat effektivliyi ilə məşğul olurdu.
"eBay komandası Erik üçün çox darıxacaq," – “eBay” şirkətinin bəyanatında belə qeyd edilib.


 
EMİL
 





13/03/12    Çap et