Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Avropa ölkələrinin informasiya təhlükəsizliyi sahəsində təcrübəsini öyrənir


Milli Təhlükəsizlik Nazirliyinin (MTN)  təşəbbüsü ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində "İnformasiya təhlükəsizliyi" mövzusunda seminar keçirilib. «İCTnews» elektron xəbər xidmətinin məlumatına görə, tədbirin məqsədi informasiya təhlükəsizliyi üzrə milli sistemin dövrün tələblərinə uyğun inkişaf etdirilməsi və bu sahədə Avropa ölkələrinin qabaqcıl təcrübəsinin öyrənilməsidir.

MTN-nin İctimai Əlaqələr Mərkəzindən bildirilib ki, seminarda informasiya təhlükəsizliyi sahəsində aiddiyyəti dövlət qurumları və sahə üzrə ixtisaslaşmış akademik dairələrdən bütövlükdə 14 dövlət təşkilatının 40-dan çox nümayəndəsi iştirak edib.

Mühazirəçi qismində Rumıniya, Çexiya, Litva və Polşa ekspertləri çıxış ediblər. Seminarda Avropa İttifaqının informasiya təhlükəsizliyi üzrə standartları, Avropa Şəbəkə və İnformasiya Təhlükəsizliyi Agentliyinin fəaliyyətinə baxış, insidentlərin qarşısının alınması üzrə milli sistem və CERT-lər, təhlükəsiz internet proqramı, elektron hökumətin təhlükəsizliyi, məxfiçilik qaydalarının təmin olunması və digər mövzular müzakirə olunub.
 
SEYMUR
 
 





14/03/12    Çap et