Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Chrome” veb-səyyahının “Windows 8” əməliyyat sistemi üçün versiyası hazırlanır


"Microsoft" korporasiyası tezliklə "Windows 8" adlı əməliyyat sistemini təqdim edəcək. "Windows 8" platforması "Metro" istifadəçi interfeysinə malik olacaq. Buna görə kənar əlavə tərtibatçıları öz məhsullarının "Metro" stilində xüsusi versiyalarını hazırlamağa tələsirlər.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, "Google" şirkətinin əməkdaşları bildiriblər ki, hazırda populyar "Chrome" veb-səyyahının  "Windows 8" əməliyyat sistemi üçün xüsusi versiyasının yaradılması üzərində iş gedir.
 






 
EMİL
 
 





15/03/12    Çap et