Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

London metrosunda internetə simsiz çıxış imkanı olacaq


Britaniya milyarderi Riçard Brensonun "Vercin media" şirkəti London metrosunun sərnişinlərini internetə simsiz çıxışla təmin edəcək. Həm də yayda keçiriləcək London Olimpiadası zamanı bu xidmət pulsuz olacaq. Bu barədə Britaniya paytaxtının meri Boris Conson məlumat verib.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, onun sözlərinə görə,  yaxın 2-3 ay ərzində məlumatların simsiz ötürülməsi texnologiyası olan “Wi-Fi” nəticəsində metronun 80 stansiyasında “Ümumdünya hörümçək toru”na simsiz çıxış imkanı olacaq.

İlin sonuna kimi isə 120 stansiyanın internetə simsiz çıxış imkanı olacaq.Məlumat üçün bildirim ki, Olimpiya Oyunları keçirilən zaman bu xidmət pulsuz olacaq.


 
EMİL
 
 





15/03/12    Çap et